AZAL-ın bilet qiymətləri "uçdu" - İSTANBULA GEDİŞ-QAYIDIŞ 2000 MANATA YAXINLAŞIB
Xəbər verildiyi kimi 8-12 noyabr 2023-cü il tarixləri Azərbaycanda qeyri-iş günləridir. Həmin gün işləmyəcək bir çox Azərbaycan vətəndaşı xaricdə, əsasən də Türkiyədə istirahət etməyi düşünür. Koronavirus pandemiyasına görə quru yollar bağlı olduğundan ölkə xaricinə səfər etməyin yeganə yolu hava yoludur.
Marja.az-ın məlumatına görə, quru yollar vətəndaşların çıxışına bağlı olduğundan və Bakıdan Türkiyəyə cəmi 3 aviaşirkət uçuşlar həyata keçirdiyindən alternativlər azdır. Belə bir vəziyyət AZAL-ın qiymətlərinin 3 dəfə artmasına səbəb olub.
8 noyabr 2023-cü il tarixi üçün AZAL-da Bakı-İstanbul reysinə Ekonom sinif biletin qiyməti baqajsız 854 manatadək, baqaj ilə 954 manatadək yüksəlib və hər gün yüksəlməkdə davam edir. Halbuki, qeyri-iş günləri AZAL-dan Bakı-İstanbul reysi üzrə bir istiqamətə 253 və ya 314 manata bilet almaq mümkündür. Bir çox vətəndaş vaxt itirmədən 8 noyabrda səfərə çıxmaq istədiyindən həmin gün üzrə bilet qiymətləri "uçur".
Türkiyəyə getmək, sonra da qayıtmaq var. Əgər siz tətilin son günü olan 12 noyabrda AZAL ilə qayıtmağa qərar versəniz, İstanbul-Bakı biletinə baqajsız 857 manatadək, baqaj ilə 961 manatdək ödəməlisiniz.
Qısası, 1 nəfər 8 noyabrda İstanbula gedib, 12 noyabrda Bakıya qayıtmağı planlaşdırsa - baqajsız yer üçün 1711 manat, baqajlı yer üçün 1915 manat ödəməlidir. Gediş və qayıdış biletini eyni anda alsanız qiymətlərə cüzi endirim olur.
4 nəfərlik bir ailə təsəvvür edək - bu ailənin 8-12 noyabrda İstanbula gedib qayıtmasının bilet pulu 7660 manatadək çatır.
Hesab edirik ki, bu qiymət artımını həmin gün üçün təlabatın yüksək olması ilə əlaqələndirmək ədalətsizlik olar. Çünki quru yollar bağlı olduğundan və Bakıdan İstanbula az sayda aviaşirkət uçuşlar həyata keçirdiyindən vətəndaşların seçim imkanları məhduddur. Əgər hökumət quru yolun bağlanmasına qərar verirsə, AZAL-ın da qiymətləri ilə bağlı qərar verməlidir. Əks halda qeyri-iş günündən faydalanaraq istirahət, müalicə, qohumların ziyarəti, iş və s. məqsədlər üçün səyahət vətəndaşa çox baha başa gəlir.
Qeyd edək ki, Bakı-İstanbul marşrutu üzrə Pegasus, Türk Hava Yolları və onun törəmə şirkəti Anadolu Jet də uçuşlar həyata keçirir. Bu aviaşirkətlərdə də qeyd olunan tarixlər üzrə bilet qiymətləri yüksəlib, lakin AZAL-ın qiymətlərindən bir azaşağıdır.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 12 saat sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb



















