ABB-nin dəstəyi ilə Təhsilin İnkişafı Forumu keçiriləcək
Noyabrın 1-də ABB-nin maliyyə tərəfdaşlığı, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə Təhsilin İnkişafı Forumu keçiriləcək. “Gülüstan” sarayında təşkil ediləcək Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Tədbirdə “İnnovasiya ekosisteminin yaradılması”, “Universitet – sənaye tərəfdaşlığı”, “Gələcək üçün təhsil” mövzuları müzakirəyə çıxarılacaq. Panellərdə təhsil və iqtisadiyyatın inteqrasiyası, təhsil və əmək bazarı, sənaye ilə tərəfdaşlıq strategiyası məsələlərinə diqqət yönələcək. Eləcə də sənayenin təhsildən gözləntiləri, əlavə dəyərin yaradılması, ekosistemin inkişafında bankların rolu, tədqiqat və inkişaf ekosistemi, ömürboyu təhsil, əmək bazarının dəyişən tələbləri, süni intellekt və təhsil mövzularında polemikalar aparılacaq.
Forumun məqsədi işgüzar əlaqələrin qurulması, birgə layihələrin planlaşdırılması, innovasiya ekosisteminin yaradılması, həmçinin dövlət – özəl tərəfdaşlığıdır.
Tədbirdə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov da ekosistemin inkişafında bankların rolu mövzusunda çıxış edərək iştirakçıların suallarını cavablandıracaq.
Təhsilin İnkişafı Forumuna ABB-dən başqa “NEQSOL Holding”, BP, “SOCAR”, Sumqayıt Texnologiyalar Parkı, “Azersun Holding” və “BestComp Group” da tərəfdaşlıq dəstəyi verir. Forum haqqında ətraflı məlumatı buradan əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur




.jpg)





.jpg)






