“Azərkabel” xüsusi əhəmiyyətli müqavilə bağlamağa hazırlaşır
11 dekabr 2023-cü il tarixində Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 65 nömrəli ünvanda “Azərkabel” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Marja.az xəbər verir ki, yığıncaqda iştirak edən səhmdarlar qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqələri ilə (nümayəndələr səlahiyyətlərini təsdiq edən sənədlə) birlikdə iclas günü saat 9.00-dan 10.30-a qədər qeydiyyat masasına müraciət etməlidirlər.
Növbədənkənar ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “Azərkabel” ASC-nin öhdəliklərinin icrası və xüsusi əhəmiyyətli müqavilənin bağlanılması.
2. “Azərkabel” ASC-də təşkilati məsələlər.
"Azərkabel" ASC Mingəçevir şəhəri H.Əliyev pr.65 ünvanında yerləşir. Qeyri dövlət müəssisəsinin istehsal profili kabel istehsalıdır. Zavodun ümumi saqhəsi 16,2 ha, istehsal sahəsi 6,41 ha təşkil edir.
"Azərkabel" zavodu 1954-cü ilin martında tikilməyə başlamışdır. Zavodun tikintisi ilk gündən Mingəçevir SES - Tikinti idarəsi aparmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 27 noyabr 1957-ci il tarixli 663 saylı sərəncamı və Xalq təsərrüfatı Sovetinin 10 dekabr tarixli 58 saylı qərarı ilə zavod 01 yanvar 1959-cu ildən fəaliyyət göstərən müəssisələr sırasına daxil olmuşdur.
2003-cü ilin sentyabr ayında Cəmiyyətin səhmlərinin 100%-i özəlləşdirilmişdir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 14 saat sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb



















