Gələn il Dolların 1,70 manatda sabit qalacağı gözlənilir
2024-cü il üçün makroiqtisadi proqnozlar açıqlanıb.
Marja.az-ın məlumatına görə, 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2024-cü il və sonrakı üç il üzrə baza -ssenaridə (neftin bir barelinin orta illik ixrac qiyməti 2024-2027-ci illər üçün 60 ABŞ dolları fərz edilməklə) makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2024-cü ildə ölkədə ÜDM-in real ifadədə 2,4 faiz artaraq 118,4 milyard manat, o cümlədən qeyri-neft (qaz) ÜDM-in real ifadədə 4,6 faiz artaraq 84,2 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Növbəti ildə ÜDM-in tərkibində qeyri-neft (qaz) sektorunun payının cari ilin proqnozuna nəzərən 6,2 faiz-bənd artımla 71,1 faizə çatacağı gözlənilir. Proqnozlara əsasən, 2024-cü ildə neft-qaz sektoru üzrə ÜDM real ifadədə 1,7 faiz azalacaqdır.
Qeyd edilib ki, dünya üzrə əmtəə bazarlarında qiymətlərin aşağı enəcəyi ilə bağlı proqnozlar və bunun idxal qiymətlərinə mümkün təsiri, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri nəzərə alınmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən baza - ssenaridə orta illik inflyasiya göstəricisi 2023-cü ildə 9,5 faiz, 2024-cü ildə isə 5,3 faiz səviyyəsində proqnozlaşdırılmışdır
Təqdimatda bildirilir ki, makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalmasını (1 ABŞ dollarına qarşı 1,7 manat) dəstəkləyəcəkdir. İnflyasiya mühitinin tənzimlənməsi ilə bağlı atılan addımlar iqtisadi fəallığın güclənməsi ilə yanaşı əhalinin sosial rifahına da müsbət təsir edəcəkdir.
2024-cü ildə əsas neft-qaz kontraktları çərçivəsində investisiya qoyuluşlarının azalma fazasında olması nəzərə alınmaqla, əsas kapitala investisiyalar üzrə 1,0 faiz artım olacağı, o cümlədən qeyri-neft (qaz) sektoru üzrə əsas kapitala investisiyaların 3,0 faiz artacağı proqnozlaşdırılır.
Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Azərbaycan iqtisadiyyatının inkişaf perspektivlərinin reallaşdırılması, işğaldan azad olunmuş regionların ölkə iqtisadiyyatına reinteqrasiyası və həmin regionların inkişafı ilə bağlı olan investisiya və yenidənqurma siyasəti çərçivəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi bu göstəricilərin daha da yaxşılaşmasına şərait yaradacaqdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastrukturun yenidən qurulması, abadlıqquruculuq işlərinin həyata keçirilməsi sayəsində bölgənin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası təmin olunacaq ki, bu da öz növbəsində iqtisadiyyatın bir çox sektorlarının inkişafı üçün yeni imkanlar yaradacaqdır. Həmçinin, qeyd edilən ərazilərdə uzun illər sonra kommunikasiya xətlərinin açılması iqtisadi cəhətdən müsbət tendensiyalara rəvac verməklə yanaşı, regionda sülhün və təhlükəsizliyin də bərqərar olmasına xidmət edəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
1-ci rübdə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib
-
5 saat əvvəl
Expressbank-ın xalis mənfəəti 2026-cı ilin ilk rübündə 35%-dən çox artıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
-
6 saat əvvəl
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
"Yapı Kredi Bank Azərbaycan" son maliyyə vəziyyətini açıqladı
"İPO-da əsas anderrayter kimi iştirak etmək bizim üçün həm məsuliyyət, həm də yüksək etimadın ifadəsidir"
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Kart ödənişləri üzrə komissiyalara yuxarı hədd müəyyən edilib






.jpg)



.jpg)





