"Pul siyasətinin daha da yumşaldılması nəzərdə tutulur"
Xəbər verdiyimiz kimi, 01 Noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%-dən 8.5%-ə, faiz dəhlizinin aşağı həddi 7.5%-dən 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 10%-dən 9.5%-ə endirilib. 2023-cü ilin əvvəlində faizlərini 5 dəfə artıran Mərkəzi Bank, son 4 iclasında onları dəyişməz saxlamışdı.
Mərkəzi Bank qeyd edib ki, bu qərar (faizlərin aşağı salınması) inflyasiyaya təsir edən xarici və daxili amillərin dəyişimi, eləcə də valyuta bazarında təklifin tələbi əhəmiyyətli üstələməsi nəzərə alınmaqla verilmişdir.
"Pul siyasətinə həsr edilmiş ötən iclasdan bəri illik inflyasiya tempinin azalma meyli davam etmişdir. 2023-cü ilin sentyabrında illik inflyasiya hədəf diapazonunda (4±2%) olmaqla 5.1% səviyyəsinə düşmüşdür. İllik inflyasiya tempi ötən ilin sentyabr ayında qeydə alınmış illik inflyasiya (15.6%) ilə müqayisədə 3 dəfədən çox aşağıdır. İllik baza inflyasiyasının tempi də azalaraq sentyabrda 5.2% olmuşdur",- Mərkəzi Bank bildirib.
Marja.az-ın məlumatına görə, faiz qərarından sonra keçirilmiş mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib ki, pul siyasətinin daha da yumşaldılması nəzərdə tutulur:
"Proqnozlarımıza görə, iki ili nəzərdə tutan ortamüddətli dövrdə inflyasiyanın Mərkəzi Bankın hədəf diapazonunda (2% – 6% civarında) olacağı gözlənir. Buna görə biz pul siyasətinin daha da yumşaldılması istiqamətinə baxırıq. Sözsüz ki, addımlarımız çox cüzidir, bu gün faizlər 0,50 faiz bəndi endirilib. Əsasən xarici mühitdə baş verən proseslərə baxmaq şərtilə biz öz siyasətimizə baxmağa hazırıq.
Biz istəyirik ki, kreditləşdirməni də aktivləşdirək. Düzdür, Azərbaycan şərtlərində kreditlərin artmasının tələbin artmasına ciddi təsiri yoxdur, lakin kreditləşdirmənin aktivləşdirilməsi vasitəsilə az da olsa tələbə artıcı təsir etməyi nəzərdə tuturuq".
Həmçinin oxu
Mərkəzi Bankdan sürpriz qərarMərkəzi Bankın oktyabr proqnozlarına görə inflyasiyanın ortamüddətli dövrdə hədəf diapazonunda olacağı gözlənilir. Belə ki, illik inflyasiya 2023-cü ilin sonuna 4.3%, 2024-cü ildə isə 5.3% və 2025-ci ildə 3.4% olacağı proqnozlaşdırılır. Cari ildə ardıcıl olaraq bir neçə proqnoz yenilənməsində 2024-cü il və 2025-ci ilə inflyasiya proqnozları hədəf diapazonunda olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 7 saat əvvəl
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
20 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 20 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
23 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?




















.jpg)



