Qohumunun marketindən 500 min manata yaxın pulu mənimsəyən şəxsə hökm oxundu
Şəmkirdə qohumu Ramin Əliyevə məxsus “Zirvə” marketdə kassir işləmiş və oradan yarım milyon manata yaxın pulu mənimsəməkdə təqsirləndirilən Laura Əliyevaya hökm oxunub.
Bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən L.Əliyevaya 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunub.
İttiham aktında qeyd edilib ki, L.Əliyeva “Zirvə” marketdə kassir işlədiyi 2017- 2020-ci illər ərzində 500 min manata yaxın pulu mənimsəyib.
Zərərçəkmiş R.Əliyevin vəkili İlqar Rüstəmov deyib ki, cinayət işi ilə bağlı dəymiş ziyan 539 min manat təşkil edir, ancaq istintaq materiallarında isə 500 min manatdan bir qədər az qeyd olunub.
Qeyd edək ki, keçən il dekabr ayında L.Əliyeva təqsirləndirilən şəxs qismində tanınıb, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
8 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















