Apple Çinli müştərilərini Huawei-yə uduzur
Huawei şirkətinin Çində telefon satışlarının artmasından sonra ABŞ-ın texnologiya şirkəti Apple bazarda liderliyini itirməyə başlayıb.ABŞ şirkəti Apple Inc-in ən yeni iPhone-unun Çindəki rəqiblərindən geri qaldığına dair artan sübutlar var.
Marja.az xəbər verir ki, açıqlanan məlumatlar Apple-ın ən mühüm xarici bazarı olan Çində tənəzzül yaşayacağına dair siqnallar verir.
Bazar araşdırma şirkəti GfK-nın bütün markalar üçün son istehlakçı satışlarını əhatə edən məlumatları göstərib ki, iPhone 15 seriyasının satışları satışa çıxarılan ayda əvvəlki ilin eyni dövrü ilə müqayisədə (iPhone 14 satışa çıxarıldığı ay ilə) müqayisədə 6 faiz azalıb.
Digər tərəfdən, mobil telefon sənayesini izləyən IDC hesab edir ki, üçüncü rübdə Apple-ın tədarükləri 4 faiz azalıb.
GfK, tədarük məhdudiyyətləri ilə üzləşməsinə baxmayaraq, Huawei-nin Mate 60 seriyası satışa çıxarıldığı ayda 1,5 milyona yaxın satış qeyd edib ki, bu da bir il əvvəlkindən iki dəfə çoxdur.
GfK-nin Çin üzrə Baş analitiki Hayden Hou mövzu ilə bağlı verdiyi açıqlamada, "Huawei-nin güclü böyüməsinə qarşılıq, Apple iPhone 15 telefonlarının satışı 6 faiz azalıb. Huawei Mate 60 modeli gələcəkdə də güclü satış sürətini qorumağa davam edəcək" deyib.
3-cü rübdə xalis mənfəətini 2 dəfədən çox artıran Huawei-nin balans hesabatı onun mobil telefon bazarında güclü satışlara malik olduğunu göstərib. Digər tərəfdən, açıqlanan məlumatlardan sonra bazar ertəsi Çin şirkətinin əsas təchizatçılarının səhmləri yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 20 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"Kapital Bank"ın kredit reytinqi daha da yüksəldi
NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
Ən çox oxunanlar
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb






.jpg)
.jpg)






.jpg)








