WeWork iflas olduğunu elan etdi
ABŞ-da bir vaxtlar sürətli fəaliyyət göstərən şirkətlərindən biri olan WeWork iflas olduğunu elan edib. Vaxtilə 45 milyard dollara qədər qiymətləndirilən şirkətin 19 milyard dollar borcu var.ABŞ-ın "WeWork Inc." şirkəti təqribən 19 milyard dollar borcu ilə müflis elan edilib.
Marja xəbər verir ki, birgə iş yerləri (ofislər) təklif edən şirkət pandemiya dövründən sonra itkilərini bərpa etməyə çalışırdı. Mövcud vəziyyət göstərib ki, şirkət bu müddət ərzində vurduğu ziyanı bərpa edə bilməyib.
Nyu-Yorkda yerləşən şirkət yaydğı açıqlamada təminatlı istiqrazlarının təxminən 92%-ni təşkil edən kreditorlarla restrukturizasiya razılaşması əldə etdiyini və ofis sahəsinin icarə portfelini yenidən nəzərdən keçirəcəyini bildirib.
İflas ərizəsində şirkətin aktivlərinin 15 milyard dollar məbləğində olduğu bildirilib.
Pandemiya iş vərdişlərini dəyişdiyindən ortaq ofis sahəsi təklif edən şirkətlər ciddi zərər ilə üzləşiblər. "Knotel Inc." və "IWG Plc"nin törəmə şirkətləri müvafiq olaraq 2021 və 2020-ci illərdə müflis olmaq müçün müraciət ediblər.
"WeWork" 2023-cü ilin əvvəlində borcun restrukturizasiyası ilə bağlı hərtərəfli razılaşma əldə etsə də, tezliklə yenidən problemə düşüb.
Avqust ayında şirkət, fəaliyyətini davam etdirmək qabiliyyətinə dair "əhəmiyyətli şübhələrin" olduğunu açıqlamışdı.
30 iyun 2023-cü il tarixinə olan məlumata görə WeWork-in 39 ölkədə 777 ofis yeri var. Şirkətin doluluq nisbəti 2019-cu il səviyyəsinə yaxınlaşsa da, gəlirsiz olaraq qalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 2 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
"Azərkosmos"ın ixracı cüzi artıb
Ən çox oxunanlar
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Qızıl 1-ci, fındıq 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac açıqlandı
Türkiyənin turizm gəlirləri 4,2% artıb







.jpg)







.jpg)







