“McDonald’s Azərbaycan”ın Daun sindromlu uşaqlar üçün layihəsi rəngarəng sərgi ilə başa çatıb
(®) “Landmark” otelində noyabrın 7-də Daun sindromlu uşaqların rəsm əsərlərindən ibarət sərgi təşkil edilib.
Bu sərgi “McDonald’s Azərbaycan”ın “Care Group” ilə birgə həyata keçirdiyi “Günəşli ürəklər” xeyriyyə layihəsinin başa çatması ilə əlamətdar olub.
Hər bir ziyarətçiyə bəyəndiyi işi əldə etmək imkanı yaradılan tədbirdə uşaqların layihə ərzində ərsəyə gətirdiyi 62 rəsm əsəri ictimaiyyətə təqdim olunub.
Qeyd edək ki, rəsm əsərlərinin satışından əldə olunacaq bütün vəsait bu uşaqların ehtiyaclarını qarşılamaq üçün Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinə ayrılacaq.
Tədbirdə iştirak edən tanınmış ictimai xadimlər, blogerlər, mətbuat nümayəndələri və digər sənət biliciləri nümayiş olunan əsərlərin dərinliyini qeyd ediblər.
Tədbirin xüsusi qonağı Azərbaycan Respublikasının Əməkdar artisti İsfar Sarabskinin ifası gecəyə fərqli ovqat bəxş edib.
Xüsusi uşaqlara yeni təcrübələr və parlaq təəssüratlar bəxş edən “Günəşli ürəklər” layihəsi kimi bu sərgi də dolğun və maraqlı keçib.
Xatırladaq ki, “Günəşli ürəklər” layihəsinə 2023-сü ilin əvvəllində start verilmişdir. Bu müddət ərzində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzindən olan 62 nəfər uşaq üçün art-terapiya və təsviri incəsənət məşğələləri, eləcə də ünsiyyət bacarıqlarının inkişafı üzrə qrup dərsləri keçirilib. Bundan əlavə, uşaqlar üçün valideynləri ilə birlikdə art-terapiya seansları təşkil edilib. Dərslər mərkəzin müəllimləri, eləcə də Azərbaycanın tanınmış rəssamları tərəfindən aparılıb.
Bu cür yaradıcılıq prosesi uşaqlarda gərginliyi və aqressivliyi azaltmağa kömək edir, onların sosial və psixoloji adaptasiya bacarıqlarını təkmilləşdirir, özünüqiymətləndirmə qabiliyyətini artırır. Bununla yanaşı, art-terapiya uşaqlarda kiçik motorika bacarıqlarını inkişaf etdirir, onların yaradıcılıq potensialını üzə çıxarır və problemləri həll etməyin ən münasib yollarını tapmağa kömək edir.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərdiyi 24 il ərzində “McDonald’s” şirkəti müxtəlif xeyriyyə layihələri həyata keçirib, uşaq evlərinə, tibbi yardım fondlarına və idman tədbirlərinə yardım göstərib.
“McDonald’s” şirkəti inanır ki, həyati çətinliklərlə üzləşmiş uşaqlara birlikdə kömək edə, onların dünyasını gözəlləşdirə və rəngarəng edə bilərik.
Müştərilərin xəbərləri
"Unicapital" "PAŞA Bank" səhmlərinin İlkin Kütləvi Təklif üzrə yerləşdirilməsinə dair əməkdaşlıq sazişi imzalayıb
NEQSOL Holding istedadların inkişafında uğurlarına görə ATD BEST Award 2026 mükafatına layiq görülüb
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 9 d. əvvəl
-
12 d. əvvəl
Sənaye parkı və məhəllərində 103 müəssisə istehsal fəaliyyətinə başlayıb
-
- 15 d. əvvəl
- 25 d. əvvəl
- 27 d. əvvəl
- 30 d. əvvəl
-
31 d. əvvəl
"Azərbaycan Biznesinin İnkişafı Fondu" güzəştli kreditləşməni 66 %-dən çox artırıb
-
32 d. əvvəl
Azərbaycan banklarının müddətli xarici borcu 50 %-dən çox artıb
-
35 d. əvvəl
Ələt-Osmanlı dəmir yolu xətti üzrə işlərin təxminən yarısı tamamlanıb
- 36 d. əvvəl
-
37 d. əvvəl
"Güzəştli mənzil" sistemi ilə ötən il 1000-dən çox mənzil rəsmiləşdirilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Unicapital" "PAŞA Bank" səhmlərinin İlkin Kütləvi Təklif üzrə yerləşdirilməsinə dair əməkdaşlıq sazişi imzalayıb
Ötən il 64 nəfərə Azərbaycan vətəndaşlığı verilib
Ötən il 60 milyon manata yaxın gəlir əldə edib
Bank əmanətlərinin 84 %-dən çoxu qorunur
"Azərpoçt" ötən il 132 minə yaxın ödəniş kartı buraxıb
Azərbaycanın maliyyə sektorunun aktivləri 12 %-ə yaxın azalıb
Azərbaycan neftinin son qiyməti
ABŞ Rusiya neftinin alınmasına müvəqqəti icazə verdi
























