Azərbaycanda qaz hasilatı 4,2 faiz artıb
Bu ilin 10 ayı üzrə neft-qaz göstəriciləri açıqlanıb.
Marja.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-oktyabr ayları üzrə operativ məlumatlara əsasən, 10 ay ərzində Azərbaycanda 40,1 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 10,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 21,8 milyard kubmetri “Şahdəniz”dən, 0,5 milyard kubmetri “Abşeron”dan, 7,1 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 4,2 faiz, yəni 1,6 milyard kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 19,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz çoxdur. Cari ilin yanvar-oktyabr aylarında Avropaya 9,8 milyard kubmetr, Türkiyəyə 8,1 milyard kubmetr, Gürcüstana isə 1,9 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 4,7 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 noyabr 2023-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 214,1 milyard kubmetr, “Şahdəniz”dən isə 204,6 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 144,8 milyard kubmetri ixraca nəql edilib.
2023-cü ilin yanvar-oktyabr ayları üzrə respublikada 25,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 15 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,6 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,2 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 6,5 milyon ton təşkil edib.
Hesabat dövründə 21 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 18,5 milyon tonu konsorsiumun, 2,5 milyon tonu isə SOCAR-ın payına düşür.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 noyabr 2023-cü il tarixinədək 625,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 581,9 milyon ton neft, “Şahdəniz”dən isə 43,8 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 01 noyabr 2023-cü il tarixinədək 623,7 milyon tonu ixraca nəql edilib.
Ölkədə neftin emalı 2023-cü ilin yanvar-oktyabr ayları üzrə 5,5 milyon ton təşkil edib.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
26 d. əvvəl
Venesuelada dağıdıcı zəlzələlər baş verib - insan tələfatı və dağıntı ehtimalı yüksəkdir
- 33 d. əvvəl
-
-
36 d. əvvəl
"SK Hynix" şirkətinin səhmləri irihəcmli listinq müraciətindən sonra 11% bahalaşıb
-
1 saat əvvəl
Neft qiymətlərində müharibə dövründəki artımı silindi - 60–65 dollaradək ucuzlaşacağı gözlənilir
-
10 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
10 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Venesuelada dağıdıcı zəlzələlər baş verib - insan tələfatı və dağıntı ehtimalı yüksəkdir
“Azərbaycan Nəşriyyatı”nın zərəri artıb
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
Ən çox oxunanlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
AccessBank-da kart əməliyyatları bərpa olundu
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
























