Azərbaycan və Çin arasında turist axınının artırılması üçün ANLAŞMA
. AZAL, Azərbaycan Turizm Bürosu və “China Tourism Group” anlaşıb. Azərbaycanda yeni turizm məhsullarının yaradılması, onların təşviqi, həmçinin onlayn və əyani şəkildə müxtəlif tədbirlərin təşkili üzrə birgə işlərin görülməsi nəzərdə tutulur.
Noyabrın 15-də Çin Xalq Respublikasının Pekin şəhərində Azərbaycanın milli aviadaşıyıcısı AZAL, Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosu və “China Tourism Group” arasında turizm sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib, imzalanma mərasimində AZAL-ın icraçı direktorunun birinci müavini Nazim Səmədov, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid, “China Tourism Group”un baş direktorunun müavini Van Çençen və digər rəsmi şəxslər iştirak ediblər.
Memorandum çərçivəsində Azərbaycanda yeni turizm məhsullarının yaradılması, onların təşviqi, həmçinin onlayn və əyani şəkildə müxtəlif tədbirlərin təşkili üzrə birgə işlərin görülməsi nəzərdə tutulur.
“Bu təşəbbüs Azərbaycan və Çin arasında turizmin inkişafı və turist axınının artırılmasına töhfə verəcək. AZAL müasir təyyarə parkına malik dünyanın sürətlə inkişaf edən aviadaşıyıcılarından biridir və marşrut şəbəkəsini daima genişləndirməkdədir. Belə ki, aviaşirkət dekabr ayından etibarən Çinin paytaxtı Pekinə uçuşlar həyata keçirməyi planlaşdırır. Bundan əlavə, AZAL gələcəkdə Çin istiqamətlərini inkişaf etdirməyə hədəflənib”, — deyə AZAL-ın icraçı direktorunun birinci müavini Nazim Səmədov bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Çinin getmə turizmi üzrə geniş potensialının mövcudluğunu qeyd edib. İmzalanmış memorandumun Azərbaycana səfər edən Çin vətəndaşlarının sayının daha da artmasına öz töhfəsini verəcəyini diqqətə çatdırıb. Florian Zenqstşmid 2023-cü ilin yanvar-oktyabr dövrü ərzində Çindən Azərbaycana səfər edən ziyarətçilərin sayının 20 469 nəfər olduğunu, bunun da ötən ilin eyni dövrü ilə müqayisədə 7 dəfədən çox artım sayıldığını bildirib. O, bu rəqəmlərin çinli səyahətçilərin Azərbaycana xüsusi marağının göstəricisi olduğunu vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 saat sonra
-
4 saat sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
-
8 saat əvvəl
“SUP VC”dən cavab gəldi - Sosial şəbəkələrdəki paylaşımlara nöqtə qoydu
-
11 saat əvvəl
ABŞ-Çin gərginliyi "alovlandı", qızılın qiyməti 4100 dollara yaxınlaşdı
-
11 saat əvvəl
2025-ci il Nobel İqtisadiyyat Mükafatının sahibləri açıqlanıb - “Hələ də heyrət içindəyəm”
-
11 saat əvvəl
“PAŞA Bank”dan sahibkarlar üçün yeni endirimli biznes kredit kampaniyası!
-
11 saat əvvəl
Azərbaycanda ilk və ən böyük özəl Biznes Park kompleksi fəaliyyətə başlayır
-
11 saat əvvəl
OPEC xam neft istehsalını artırıb, qlobal neft tələbi proqnozunu isə dəyişməyib
-
12 saat əvvəl
Çizgi filmi sənayesi: 2034-cü ilə qədər 895 milyard dollar həcmində bazar
- 12 saat əvvəl
-
12 saat əvvəl
ABB-nin kredit portfeli 2025-ci ilin 9 ayında 7 %-dən çox artıb
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

ABB-nin kredit portfeli 2025-ci ilin 9 ayında 7 %-dən çox artıb

Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

Bank of Baku-dan “Gözünüz aydın olsun!” şüarı ilə sağlamlıq aksiyası

Əhalinin bir nəfəri orta hesabla ayda 503,8 manatlıq məhsullar alır

ABB-nin son maliyyə durumu: gəlirləri artıb, mənfəəti yüksəlib
