“PASHA Private Banking”in yeni veb-saytı müştərilərin istifadəsinə verilib

(®) Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”ın yüksək gəlirli şəxslər üçün xidmət göstərən “PASHA Private Banking” seqmenti yeni veb-saytını istifadəyə verib.
Tamamilə yeni www.pashaprivate.az veb-saytı sayəsində artıq məhsullarla tanış olmaq, eyni zamanda maraqlı yenilikləri kəşf etmək daha da asanlaşıb. Həmçinin yeni veb-sayt üzərindən müştərilərə investisiyalar üzrə risk profillərini müəyyən etmək və uyğun yatırım alətlərini seçə bilmək imkanı təqdim olunub. Hazırda müştərilərə məhsul və xidmətlərdən faydalanmaq üçün qeydiyyat formasından onlayn müraciət imkanı da yaradılıb. Gələcəkdə bir sıra digər oflayn xidmətlərin sayt üzərindən avtomatlaşdırılması nəzərdə tutulub.
“PASHA Private Banking”in xidmətlərinə müştəriləri fərqli hiss etdirəcək fərdi yanaşma, bütün bank proseslərini idarə edəcək şəxsi müştəri meneceri, peşəkar maliyyə komandasından investisiyalar üzrə məsləhət xidməti daxildir. Həmçinin müştərilərə böyük partnyor şəbəkəsindən eksklüziv təkliflər, bir sıra bank xidmətlərində endirimli və ya ödənişsiz təkliflər təqdim olunur.
Qeyd edək ki, 2010-cu ildə fəaliyyətə başlayan “PASHA Private Banking” Azərbaycan bazarında yüksək gəlirli şəxslər üçün xidmət göstərən ilk qurumdur. “PAŞA Bank” son illər ərzində bir sıra nüfuzlu beynəlxalq mükafatlar çərçivəsində “Ən yaxşı Private Banking xidmətləri təqdim edən bank”, “Ən yaxşı investisiya bankı”, “Ən yaxşı bank qrupu” nominasiyalarında fərqləndirilib.
“PASHA Private Banking” müştərisi olmaq və yüksək gəlirli şəxslər üçün nəzərdə tutulan bütün xidmətlərdən, məhsullardan və xüsusi üstünlüklərdən yararlanmaq üçün www.pashaprivate.az veb-saytına keçid edə və ya *1230 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
8 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 18 saat əvvəl
-
22 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
23 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
