“Azərikard” fəaliyyətini ölkə hüdudlarından kənara genişləndirməyi planlaşdırır
“TezÖdə” məhsulunun Özbəkistanda istifadəyə verilməsi barədə fikir mübadilələri aparılıb, razılaşmalar əldə edilib.“Azərikard” MMC-nin rəhbərliyi 13-15 noyabr tarixlərində Özbəkistan Resublikasının paytaxtı Daşkənd şəhərində keçirilən “Caspian Energy Investment Forum Tashkent 2023” forumunda iştirak edib və bir sıra yerli təşkilatlar ilə görüşlər keçirib.
Marja xəbər verir ki, Özbəkistan Respublikasına səfər zamanı “Azərikard” MMC-ni Baş direktor Fərid Quliyev və Baş direktorun Biznesin inkişafı və dəstək üzrə müavini Zakir Əhmədov təmsil ediblər.
“Azərikard”-ın Baş direktoru Fərid Quliyev forumda çıxışı zamanı – təşkilatın son illərdə əldə etdiyi uğurlu nəticələr, strateji hədəflər və əsasən də şirkətin yaratdığı “TezÖdə” məhsulu haqqında forum iştirakçılarını ətraflı məlumatlandırmışdır.
Təşkilatın rəhbər heyəti Özbəkistan Respublikasının Banklar Assosiyasıyasının, İnnovasiyaların və Texnologiyaların transferi üzrə Milli ofisinin, İnnovasiyaların inkişafı üzrə Dövlət Agentliyinin, Özbəkistan İT Parkının, UZUM ekosisteminin və bir sıra kommersiya Banklarının həmçinin maliyyə-ödəniş təşkilatlarının rəhbər şəxsləri ilə görüşlər keçirmişdir.
Görüşlərdə Azərikard Prosessinq Mərkəzinin fəaliyyət sahələri barədə ətraflı məlumatlar və son illərdə dünyada nağdsız ödənişlərin artmasını nəzərə alaraq, Azərikard-ın yaratdığı yeni, innovativ “TezÖdə” məhsulu xüsusi yer almışdır. “TezÖdə” məhsulunun innovativliyi və unikallığı görüşlər keçirilən təşkilatların rəhbər şəxsləri tərəfindən böyük maraqla qarşılanmışdır.
Xüsusən “TezÖdə” məhsulunun Özbəkistan Respublikasında da istifadəyə verilməsi istiqamətində fikir mübadilələri aparılmışdır və təşkilatların rəhbərliyi tərəfindən adı çəkilən məhsulun tətbiqinə böyük maraq göstərilmişdir, həmçinin növbəti addımlar üzrə fikir mübadilələri aparılmışdır.
Özbəkistan Respublikasının bəzi dövlət qurumları və kommersiya təşkilatları ilə əməkdaşlığın daha sıx təşkilinə dair razılıqlar əldə edilmişdir və bununla da Memorandumların və Əməkdaşlıq sazişlərinin imzalanması nəzərdə tutulmuşdur.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
3 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
5 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
6 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib



















.jpg)







