İri Yaponiya şirkəti məhsullarını Azərbaycanda istehsal edəcək
Azərbaycana investisiya yatırmağa xarici şirkətlərdə maraq yaranıb.
“Marja” xəbər verir ki, bu şirkətlərdən biri də Yaponiyanın Fujitsu şirkətidir. Şirkət gələcəkdə Azərbaycanda istehsal müəssisələrini açmağı qarşısına hədəf qoyub.
Fujitsunun Azərbaycandakı nümayəndəliyinin və yeni mağazanın açılışında çıxış edən şirkətin ölkəmizdəki təsisçisi Məşhur Məmmədov bildirib ki, xarici investorları Azərbaycana cəlb edən əsas səbəb Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılan köklü islahatlardır.
O, şirkətin məhsullarının yüksək keyfiyyəti ilə seçildiyini deyərək Fujitsunun isitmə-soyutma sistemli kondisionerlərinə və digər məhsullarına Azərbaycanda olan tələbatdan danışıb, gələcək layihələrə toxunub.
Qeyd edib ki, yaxın zamanda bu məhsullar Azərbaycan markası ilə həm Azərbaycan bazarı, həm də MDB ölkələri üçün istehsal ediləcək. Müəssisə Sumqayıtda fəaliyyət göstərəcək. 2018-ci ildə onun açılışı planlaşdırılır. İlk illərdə yaponlar kömək edəcəklər, sonra ancaq yerli mütəxəssislər çalışacaqlar.
Bu müəssisənin fəaliyyətə başlaması ilə şübhəsiz ki, “Made in Azerbaijan” brendi ilə ixrac edilən məhsullarımızın sayı da artacaq.
Yaponiyanın Azərbaycandakı səfirliyinin attaşesi Tosikiro Atakeya, şirkətin Türkiyə nümayəndəliyinin təmsilçisi Onho Toşiyasu və digər çıxış edənlər ölkəmizdə mövcud olan sağlam investisiya mühitindən danışıblar, bu tədbirin Azərbaycanla Yaponiya arasındakı iqtisadi münasibətlərin inkişafına təkan verəcəyini bildiriblər.
Fujitsu şirkətinin Türkiyə nümayəndəliyinin təmsilçisi Onho Toşiyasu deyib: “Azərbaycanda mövcud olan siyasi və iqtisadi sabitlik biz xarici investorları buraya cəlb edir. Şübhəsiz ki, xarici investor hərtərəfli sabit olan ölkəyə sərmayə qoyur”.
Şirkətin yeni mağazasında müştərilərə yüksək keyfiyyətli kondisioner və digər xidmətlər təklif edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























