Bakı hava limanındakı ağ təyyarələr və onların xarici uçuş heyəti nə məsələdir? - AZAL-DAN AÇIQLAMA
"Artıq yarana biləcək dil maneələrini aradan qaldırmaq üçün icarəyə götürülən təyarələrdə əcnəbi heyətlə yanaşı, hər uçuşda AZALın öz təyarə bələdçiləri də mövcuddur. Həmçinin, uçuşdan öncə və uçuş zamanı səsləndirilən bütün məlumatlar, ilk növbədə Azərbaycan dilində səsləndirilir".Son günlər Heydər Əliyev adını Beynəlxalq Aeroportu ərazisində üzərində "Azerbaijan" yazılmış ağ sərnişin təyyarələri, AZAL-ın reyslərində bu təyyarələrdən istifadə edilməsi, təyyarələrin uçuş və kabin heyətinin xarici vətəndaşlar olması, onların İngilis dilində danışması, qida xidməti zamanı xarici dil bilməyən Azərbaycan vətəndaşlarının bundan əziyyət çəkmələri, verilən məlumatların böyük hissəsinin ingilis dilində səsləndirilməsi biri sıra suallar yaradıb.
Məsələn, Bakı-İstanbul uçuşu zamanı sərnişinlərə "AirHub Airlines" aviaşirkətilə uçduqlarına görə onlara təşəkkür olunur.
Marja.az-ın məlumatına görə, "Azərbaycan Hava Yolları" QSC (AZAL) Maltada qeydiyyatdan keçmiş "AirHub Airlines" şirkəti və Litvanın "GetJet Airlines" şirkəti ilə əməkdaşlığa başlayıb.
Belə ki, AZAL marşrutların sayını və mövcud marşrutlar üzrə tezliyi (uçuşların sayını) artırdığından yeni təyyarələrə ehtiyac yaranıb. Bu ehtiyacı təmin etmək üçün xarici şirkətlərdən hava gəmiləri icarəyə götürülüb. AZAL istehsalçılar ilə yeni təyyarələrərin alınmasına dair müqavilələr imzalayıb, lakin təyyarələr bir müddət sonra AZAL-a təhvil veriləcəkdir. Eyni zamanda da, təyyarələr təhvil alınanadək Şirkətin mövud donanması da marşrutların sayını və tezliyini artırmağa kifayət etmir. Belə bir vəziyyətdə Dünyada mülki aviasiya sahəsində geniş istifadə edilən təcrübələrdən biri də lizinq yolu ilə təryyarələin icarəyə götürülməsidir. AZAL da bu təcrübədən istifadə edərək "AirHub Airlines" və "GetJet Airlines" şirkətlərilə müqavilələr imzlayıb. Lizinq sazişi çərçivəsində hava gəmilərinin icarəsi ilə yanaşı, uçuş heyətinin təminatı, texniki dəstək, sığorta, uçuşların keyfiyyəti və təhlükəsizliyini təmin edən xidmətlər də nəzərdə tutulur. Qısası, hava gəmilərini icarəyə verən şirkət uçuş və kabin heyətini də özü ilə gətirib. Sərnişinlərin marağına səbəb olmuş xarici vətəndaşlardan ibarət uçuş və kabin heyəti icarəyə götürülmüş təyyarələrin sahibi olan şirkətin işçiləridir.
Marja.az-ın AZAL-dan əldə etdiyi məlumata görə, reyslərdə bütün məlumatların tam şəkildə Azərbaycan dilində səsləndirilməməsi, qida xidməti göstərilən zaman tərcümə çətinliyinin yaşanması yeni təcrübədən istifadənin ilk günləri mövcud olub. Artıq yarana biləcək dil maneələrini aradan qaldırmaq üçün icarəyə götürülən təyarələrdə əcnəbi heyətlə yanaşı, hər uçuşda AZALın öz təyarə bələdçiləri də mövcuddur. Həmçinin, uçuşdan öncə və uçuş zamanı səsləndirilən bütün məlumatlar, ilk növbədə Azərbaycan dilində səsləndirilir.
Əlavə edək ki, hazırda AZAL 29 ədəd Airbus, Boeing və Embraer təyyarələrindən ibarət donanmaya malikdir.
"GetJet" hava yolları baş ofisi Litvanın paytaxtı Vilnüsdə yerləşən aviaşirkətdir.
"AirHub Airlines" baş ofisi Maltada yerləşən, Airbus A330 və A320 təyyarələri, uçuş və kabin heyətilə dünya miqyasında xidmətlər göstərən aviaşirkətdir.
AZAL: 2 ŞİRKƏTLƏ "YAŞ LİZİNQ" SAZİŞİ İMZALAMIŞIQ
Məsələ ilə əlaqədar AZAL Marja.az-ın sorğusunu cavablandırıb:
Qeyd edilib ki, insanların səyahətə artan tələbatını nəzərə alaraq, Azərbaycanın milli aviadaşıyıcısı marşrut şəbəkəsinin genişləndirilməsi və mövcud reyslər üzrə uçuşların tezliyinin artırılması istiqamətində işlər görür.
Bununla əlaqədar, AZAL bu ilin noyabr ayının əvvəlində “AirHub Airlines” və “GetJet Airlines” aviaşirkətləri ilə üç təyyarənin icarəyə götürülməsinə dair “yaş lizinq" sazişi imzalayıb. Bu əməkdaşlıq AZAL-a genişləndirilmiş marşrut şəbəkəsi çərçivəsində rahat uçuşlar həyata keçirməyə və sərnişinləri əlavə reys seçimləri ilə təmin etməyə imkan verir.
"Mülki aviasiya sahəsində beynəlxalq təcrübədə geniş istifadə olunan “yaş lizinq" sazişi çərçivəsində hava gəmilərinin icarəsi və digər xidmətlərlə yanaşı, uçuş heyətinin təminatı da nəzərdə tutulur. Əməkdaşlıq çərçivəsində icarəyə götürülən təyyarələr sərnişinləri rahat və təhlükəsiz uçuş imkanı ilə təmin edir. Yarana biləcək dil maneələrini aradan qaldırmaq üçün icarəyə götürülən təyarələrdə əcnəbi heyətlə yanaşı, hər uçuşda AZALın öz təyarə bələdçiləri də mövcuddur. Həmçinin, uçuşdan öncə və uçuş zamanı səsləndirilən bütün məlumatlar, ilk növbədə Azərbaycan dilində səsləndirilir",- AZAL-dan bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 22 d. əvvəl
-
- 35 d. əvvəl
-
41 d. əvvəl
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verib
- 1 saat əvvəl
-
1 saat əvvəl
“BOA Agency”də 2026-cı ilin ilk yarısının nəticələri və dividend məsələsi müzakirə ediləcək
-
1 saat əvvəl
“Aztelekom” 500 Mbit/s və daha yüksəksürətli internet xidmətlərinin təqdim olunması üçün işlər görür
-
1 saat əvvəl
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb
Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçiriləcək
“BOA Agency”də 2026-cı ilin ilk yarısının nəticələri və dividend məsələsi müzakirə ediləcək
Ən çox oxunanlar
“Aztelekom” 500 Mbit/s və daha yüksəksürətli internet xidmətlərinin təqdim olunması üçün işlər görür
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib
AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda
Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
Rəsmi məzənnələr açıqlandı
İsrail İranda neft-kimya şirkətinə zərbə endirib
Tramp: FED-in faiz artırması yanlış olar
Yaxın Şərqdə yenidən alovlanan hərbi əməliyyatlardan sonra neft qiymətləri yüksəlib



















.jpg)



