Moldova DOST modelinin tətbiqinə hazırlaşır
DOST modelinin Moldova Respublikasında da tətbiqi istiqamətində işlər aparılır.
Marja xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Moldova Respublikasının Milli Sosial Sığorta Kassasının baş direktoru Yelena Tsıbırnanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə bildirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanla Moldova dövlət başçılarının səyləri ilə iki ölkə arasında dostluq münasibətlərinə əsaslanan əlaqələrin daim inkişaf etməkdə olduğunu bildirib.
Ötən dövrdə Moldova ilə sosial sahədə də fəal əməkdaşlıq təcrübəsinin formalaşdığı qeyd olunub. Keçən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyi arasında əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumunun önəmi vurğulanıb.
İki Nazirlik arasında əməkdaşlıq istiqamətləri üzrə imzalanmış 2023-2024-cü illər üzrə Tədbirlər Planı çərçivəsində ardıcıl işlərin görüldüyü bildirilib. Ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahələrində son illər aparılan islahatlar, DOST konsepsiyası, xidmətlərin avtomatlaşdırılması istiqamətində əldə olunan uğurlar barədə məlumat verilib.
Moldovanın DOST konsepsiyasının tətbiqində maraqlı olduğu və Moldovada bu konsepsiyanın tətbiqi, habelə dövlət sosial xidmətlərinin rəqəmsallaşdırılması üçün təcrübəmizin bölüşülməsi məqsədilə qeyd olunan Tədbirlər Planı üzrə müvafiq işlər aparıldığı diqqətə çatdırılıb.
Y.Tsıbırna iki qurum arasında məqsədəuyğun şəkildə həyata keçirilən əməkdaşlıqdan, aparılan fəal təcrübə mübadilələrindən məmnunluğunu ifadə edib. Görüşdə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
Noyabrın 13-dən ölkəmizdə səfərdə olan Moldova nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində və digər qurumlarda görüşlər keçirib, DOST mərkəzlərinin fəaliyyəti, bu mərkəzlərdə əhaliyə xidmətlərin göstərilməsi prosesi ilə yaxından tanış olublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
18 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN












.jpg)





