500 min cüt ayaqqabı gücündə olan fabrikin inşası yekunlaşmaq üzrədir
Yanvar ayının ortalarına kimi müəssisədə avadanlıqların quraşdırılmasının yekunlaşdırılması nəzərdə tutulur.Gələn il Ağdam Sənaye Parkının daha bir rezidenti fəaliyyətə başlayacaq
Ağdam Sənaye Parkının rezidenti “BAFCO İnvest” MMC-nin gələn ilin yanvar ayının 15-dən sonra fəaliyyətə başlaması gözlənilir.
Bunu “BAFCO İnvest” MMC-nin direktoru Elnur Allahverdiyev deyib.
Onun sözlərinə görə, Sənaye Parkının 1,3 hektar ərazisində ildə 500 min cüt ayaqqabı istehsal etmək gücündə olan müəssisənin inşası yekunlaşmaq üzrədir. Yanvar ayının ortalarına kimi müəssisədə avadanlıqların quraşdırılmasının yekunlaşdırılması nəzərdə tutulur.
İndiyədək şirkət bu müəssisəyə 6,2 milyon manat investisiya yatırıb.
“BAFCO İnvest” MMC müxtəlif təyinatlı çəkmə, tikintidə istifadə üçün nəzərdə tutulan, dəmir ucluqlu və altlıqlı təhlükəsizlik ayaqqabılarının istehsalı ilə məşğul olacaq. Fabrik istehsal üçün Avropa sertifikatı alan kimi - təxminən 2024-cü ilin ortalarından maksimum gücü ilə işləyəcək. Müəssisə tam gücü ilə işlədiyi zaman ay ərzində 45 min cüt ayaqqabı istehsal etməyi planlaşdırır. Lakin ilkin mərhələdə ay ərzində 15 min cüt ayaqqabı istehsal ediləcək.
“Made in Azerbaijan” brendi altında istehsal edilən ayaqqabıların 75 faizi xaricə ixrac ediləcək. Məhsulun 25 faizi isə yerli bazar üçün nəzərdə tutulur.
© “Vergiler”
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 23 saat sonra
-
- 7 d. əvvəl
- 14 d. əvvəl
- 25 d. əvvəl
-
32 d. əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 33 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu

























