Həyat tərzi dəbdəbə ilə görüşür: The Ritz-Carlton Residences, Baku yeni bir yaşam dövrü başladır
31 mərtəbəli möhtəşəm bina, 79 eksklüziv mənzilBakı şəhərinin üfüqündə yeni, gözqamaşdırıcı məkan - The Ritz-Carlton Residences, Baku. Bu memarlıq möcüzəsi şəhərin ilk brend rezidensiyası olub, dəbdəbə, individuallıq və Bakının zəngin mədəniyyətini özündə tam birləşdirən unikal həyat tərzi təklif edir.
Bakının aktiv zonalarından biri olan Nəsimi rayonunda yerləşən 31 mərtəbəli möhtəşəm bina, önəmli turistik məkanlara sürətli çıxış ilə əvəzsiz atmosferi bir ünvanda birləşdirərək, öz sakinlərinə şəhərin ən üstün cəhətlərini yaşatmağı vəd edir.
The Ritz-Carlton Residences, Baku xüsusi diqqətlə hazırlanmış, hər biri istilik, kəşf, irs və sənətkarlığı özündə əks etdirən 79 mənzilin eksklüziv kolleksiyasına malikdir. Rezidensiyalar dəbdəbəli materiallar, o cümlədən mərmər, taxta, dəri, qızılı detallar və Bakının canlı mədəniyyətini əks etdirən ləl-cəvahirat çalarlı üslublar ilə bəzədilib.
Bənzərsiz The Ritz-Carlton xidmətlərindən yararlanacaq olan mənzil sahibləri unikal mənzil planları arasından rahatlıqla seçim edərək öz yaşam tərzlərini fərdiləşdirmə üstülüyünə sahibdir.
Dünyaca məşhur Kristina Zanić Consultants interyer dizayn studiyasında yüksək standartlarda yaşayışın təcəssümünü axtaranlar üçün interyer üslubu, FF&E dizaynı və incəsənət toxunuşları üçün istinadlar təqdim edir. İstək üzrə tam təmirli və mebelli mənzil təminatı üçün üçüncü tərəf təchizatçıları mövcuddur.
Sakinlər hər hansı arzu və ya istəklərinin sürətli təmini üçün 24 saatlıq konsyerj xidməti göstərən xüsusi lounge sahəsinə eksklüziv giriş əldə edəcəklər. Bundan əlavə, sakinlər 13-cü mərtəbədə yerləşən Ritz-Carlton Club Lounge-a giriş əldə edir və PAŞA Qrup portfelində üstünlüklər təmin edən eksklüziv üzvlük proqramı PASHA Elite Club-a daxil olurlar.
The Ritz-Carlton Residences, Baku sadəcə zövqlə dizayn edilmiş yaşayış məkanı deyil, o həm iş, həm də istirahət üçün hazırlanmış bir mərkəzdir. 2202 m²-dən geniş sahəyə malik avanqard görüş otaqları ilə bura böyük tədbir və görüşləriniz üçün ideal məkandır. Möhtəşəm Şuşa bal zalı isə tədbirləriniz üçün mükəmməliyin zirvəsidir.
Sağlamlıq və istirahət də diqqət mərkəzindədir. Sakinlər uşaq və ailə hovuzları arasında seçim edə, hovuzun heyranedici şəhər mənzərəsinə baxan foyesində əylənə və ya ən yeni Technogym avadanlıqları ilə təchiz edilmiş 24/7 xidmət göstərən fitnes mərkəzində öz fitnes rutinlərinə sadiq qala bilərlər. Sauna, buxar otağı, türk hamamı və xüsusi qulluq ritualları təklif edən spa mükəmməl bir istirahət cənnəti vəd edir.
Həyat tərzi xidmətləri ilə məşhur olan və şəhərin ilk brend rezidensiyaları olan The Ritz-Carlton Residences, Baku-da həyat misilsizdir. 24 saatlıq konsyerj, səyahət və restoran rezervasiyası da daxil olmaqla bir sıra xidmətlər rahat həyat tərzini təmin edir. Burada həmçinin, təmizlik, tədbir planlaması, hətta rezidensiya daxilində spa kimi əlavə premium xidmətlər də mövcuddur.
The Ritz-Carlton Residences, Baku sizi əsrlik, misilsiz qonaqpərvərliyin və əfsanəvi xidmətin evinizə gətirildiyi dəbdəbəli mirasdan zövq almağa dəvət edir.
The Ritz-Carlton Residences, Baku mənzilləri və penthausları artıq satışdadır. Əlavə məlumat və ya eksklüziv baxış təşkil etmək üçün www.rcresidencesbaku.com saytına daxil olun və ya əlaqə saxlayın: *1118
Müştərilərin xəbərləri
Babəkdə "Group Motors” satış və servis mərkəzi açıldı - Burada Mazda, Mitsubishi, Ford və Subaru modelləri satılacaq
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 7 d. əvvəl
-
-
12 d. əvvəl
Unibank mikro sahibkarlar üçün keçirdiyi “Payız endirimi” kampaniyasını uzadıb
-
14 d. əvvəl
Dövlət Dəniz və Liman Agentliyi dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır
-
26 d. əvvəl
“SİMA İmza” ilə daha 30-a yaxın elektron vergi xidmətinə əlçatanlıq təmin edildi
-
28 d. əvvəl
Azərbaycanın Milli Etalon Vaxtı - UTC (AZ) beynəlxalq səviyyədə təsdiqləndi
- 35 d. əvvəl
- 43 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
AZAL 20-dən çox beynəlxalq istiqamət üzrə reyslərin tezliyini artırır
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Çörək şirkəti adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan neftinin son qiyməti
Bank 40-cı filialını Göyçayda açdı
Azərbaycanın avtomobil şirkəti özünün logistika şirkətini qurur
BİRMARKET-də ŞOOOK Cümə!
Rəsmi məzənnələr açıqlandı
Babəkdə "Group Motors” satış və servis mərkəzi açıldı - Burada Mazda, Mitsubishi, Ford və Subaru modelləri satılacaq
Bakıda IX Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Fabrik avadanlıqları satışa çıxarılıb





















