Şirkətlərin 100-dən artıq vəzifəli şəxsi eyni mənzili birdən çox şəxsə satıb
Vətəndaşlar ayıq-sayıq olmalıdır. Riski azaltmaq üçün nə etmək lazımdır?Prokurorluq orqanları tərəfindən tikintisi davam etdirilən, istismarına icazə verilməmiş çoxmənzilli binalarda mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı mexanizminin təkmilləşdirilməsi təşəbbüsü istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə intensiv tədbirlər görülməkdədir.
Marja.az Baş Prokurorluğa istinadən xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yaşayış binalarının tikintisi ilə məşğul olan şirkətlərin 100-dən artıq vəzifəli şəxsi eyni mənzilin birdən çox şəxsə satılması, habelə tikinti layihələrinin tamamlanmaması halları ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilmişdir. Belə hallarla qarşılaşmış çoxsaylı vətəndaşların vurulmuş maddi ziyanın ödənilməsi istiqamətində də qanunvericiliyə uyğun olaraq mümkün həddə tədbirlər görülmüşdür.
Bununla belə, tikintisi davam etdirilən, istismarına icazə verilməmiş çoxmənzilli binalardan mənzil almaq niyyətində olan vətəndaşlarımız da ayıq-sayıq olmalı, mənzil alqı-satqısı ilə bağlı öz hüquq və öhdəliklərinə yaxından bələd olmalıdırlar.
Bu sahədə vətəndaş məlumatlılığının artırılması və qeyd edilən qanunsuz əməllərə məruz qalma risklərinin minimallaşdırılması məqsədi ilə aşağıdakıları tövsiyə edirik:
1. Media və sosial şəbəkələrdə araşdırma aparmaqla tikinti şirkəti haqqında formalaşmış ictimai rəyi, reputasiyanı öyrənmək;
2. Alqı-satqı prosesi zamanı peşəkar hüquqşünas xidmətindən istifadə etmək;
3. Mənzil almazdan əvvəl müvafiq sorğularla yaşayış binasının tikintisinə müvafiq icra hakimiyyəti, yəni əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən icazə verilib-verilmədiyini, tikinti aparmasına icazə verilən şirkətlə faktiki tikintini icra edən şirkətin eyni olub-olmamasını dəqiqləşdirmək (təcrübədə tikintini icra edən podratçı şirkətin icazəsi olmadan qanunsuz mənzil satışını həyata keçirməsi hallarına rast gəlinib);
4. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi internet səhifəsində yerləşən Tikintilərin Dövlət Reyestri bölməsində yaşayış binasının tikintisinə icazə verilib-verilmədiyini yoxlamaq - https://tdr.e-tikinti.gov.az;
5. Mənzil alınmadan öncə Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalında (e-emdk.gov.az) “Çoxmərtəbəli yaşayış binasında mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarış sənədi olan mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” bölməsinə daxil olmaqla, çoxmərtəbəli yaşayış binasının yerləşdiyi küçəni və aid olduğu tikinti şirkətinin (MTK) adını qeyd edərək həmin bina üzrə mənzillərin dövlət reyestrindən çıxarışının mövcudluğu barədə məlumatı əldə etmək;
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 23 saat sonra
-
- 7 d. əvvəl
- 14 d. əvvəl
- 25 d. əvvəl
-
32 d. əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 33 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu

























