Azərbaycanın ən böyük metallurgiya şirkəti 4 gündür işləmir
Ölkəmizin ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company”nin fəaliyyəti artıq 4 gündür ki, elektrik enerjisinin bərpa olunmaması səbəbindən dayanıb. Buna səbəb Noyabrın 23-də paytaxtımızın “Dərnəgül” kimi tanınan ərazisində - Binəqədi rayonu, Ziya Bünyadov prospektindəki taxta bazarında ciddi fəsadlarla nəticələnən yanğındır. Yanğın geniş vüsət alaraq bu ərazidə yerləşən yüksək gərginlikli elektrik xəttini tamamilə sıradan çıxarıb.
“Baku Steel Company” QSC Azərbaycanın qeyri-neft sektorundakı ən böyük vergi ödəyicilərindəndir, Qarabağın yenidənqurma və bərpa işlərində, eləcə də ölkəmizdəki digər quruculuq layihələrində şirkətin müxtəlif məhsullarından fasiləsiz şəkildə istifadə olunur.
Taxta bazarında ticarətlə məşğul olan obyektlər bir-birinə o qədər sıx yerləşir ki, yanğın zamanı alovun qonşu obyektlərə sıçramasının qarşısını tez bir zamanda almaq mümkün olmayıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci hissəsinə əsasən elektrik şəbəkələrinin mühafizə zonaları xətlərin gərginliyinə uyğun məsafədə yerləşməlidir. Dərnəgüldəki taxta bazarında yanaraq sıradan çıxan elektrik xəttinin gərginliyi 110 kV olduğundan o, ən azı, 20 metr məsafə qorunaraq mühafizə zonası ilə əhatələnməli idi.
Elektrik şəbəkələrinin mühafizə zonalarına riayət etməməklə açıq-aşkar qaydalara meydan oxuma azmış kimi, hətta tezalışan materialların satışının da yüksək gərginlikli xətlərin altında təşkilinə göz yumulur.
© Report
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 23 saat sonra
-
- 7 d. əvvəl
- 14 d. əvvəl
- 25 d. əvvəl
-
32 d. əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 33 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu






















