Reytinq agentliyi Rubl ilə bağlı proqnozlarını açıqladı
ACRA reytinq agentliyinin proqnozuna görə, 2023-cü ilin sonu və 2024-cü ilin birinci yarısında bir dollar orta hesabla 85 rubl təşkil edə bilər.
Çərşənbə axşamı Rusiyanın kredit reytinqi agentliyi ACRA, gələcək üç il üçün makroiqtisadi proqnozularını təqdim etdiyi hesabat dərc edib.
Marja.az hesabata istinadən xəbər verir ki, agentliyin məlumatına görə, 2023-cü ildə dolların rubla nisbətdə orta illik məzənnəsi 1 dollar üçün 84,8-85,5 rubl, 2024-cü ildə 86,5-91,9 rubl, 2025-ci ildə 87,7-94,7 və 2026-cı ildə 88,4-97,4 rubl təşkil edəcək.
“Ən böyük ixracatçılar tərəfindən valyuta gəlirlərinin məcburi satışı tələbi, Rusiya Mərkəzi Bankı tərəfindən valyuta alışının dayandırılması, eləcə də uçot faiz dərəcəsinin artırılması ilə birlikdə idxalın azalması ona gətirib çıxarır ki, 2023-cü ilin sonu və 2024-cü ilin birinci yarısında məzənnə bir dollar üçün 85 rubl təşkil edə bilər”, - hesabatda deyilir.
Sənədin müəllifləri yazır ki, eyni zamanda, orta və uzunmüddətli perspektivdə daxili valyuta bazarında məzənnənin nisbətən sürətli dəyişməsi üçün şərait 5-10% qalacaq. Bundan əlavə, rublun zəifləməsinə təsir edən uzunmüddətli amillər var: “Bunlara -daxili tələbin, o cümlədən idxal olunan mal və xidmətlərə tələbin artması, dünya iqtisadiyyatının və ticarətinin artım templərinin azalması ilə Rusiyanın ixracının azalması, ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya səviyyələrinin yüksəlməsi daxildir”, - ACRA qeyd edir.
Ümumiyyətlə, ACRA bildirir ki, iri ixracatçılar tərəfindən valyuta gəlirlərinin məcburi satışı ilə əlaqədar daxili valyuta bazarında likvidlik vəziyyəti yaxşılaşıb. Lakin orta və uzunmüddətli perspektivdə tədbirin özü rublun məzənnəsinin möhkəmlənməsinə deyil, dəyişkənliyinin azalmasına kömək edəcək. Hesabatın müəllifləri həmçinin hesab edirlər ki, kapital axınını çətinləşdirən tədbirlər kompleksindən istifadə edərkən nəzəri olaraq məzənnəyə uzunmüddətli təsir baş verə bilər.
Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə, 2023-cü ildə dolların orta məzənnəsi 85,2 rubl, 2024-cü ildə 90,1 rubl, 2025 və 2026-cı illərdə müvafiq olaraq 91,1 və 92,3 dollar təşkil edəcək. Bununla yanaşı, nazirlik 2024-cü ilin ortalarına qədər rublun möhkəmlənməsinə icazə verib - iyunda dollar orta hesabla 87,5 rubla başa gələcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək
-
2 saat əvvəl
Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Türkiyədə zeytun yağı qiymətlərində 10 faizə qədər əlavə artım gözlənilir
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Avtomobil lizinqi şirkəti illik 16.5%-lə borc alır

Mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək

Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028

Vəfat edən müştərinin 97 minlik ipoteka krediti ödənildi

İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir
Ən çox oxunanlar

Məcburi eniş edən AZAL təyyarəsi texniki baxışdan tam keçib və saz vəziyyətdə olub? - AZAL-DAN AÇIQLAMA

Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra maliyyə institutları ilə görüşüb

BOKT illik 14 faizlə 1 milyon manat borc alır

Oktyabrın 21-də gözlənilən hava şəraiti

Azərbaycanın lizinq şirkətinin səhmdarları dəyişdi
