Banklar iri biznesin kredit tələbənin azalacağını, mikro və kiçik bizneslərin artacağını gözləyirlər
Mərkəzi Bank tərəfindən 2023-cü ilin III rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğu nəticələri açıqlanmışdır. Sorğu biznes, istehlak və ipoteka kreditləşməsinə dair tələb və təklif amillərinin qiymətləndirilməsi, o cümlədən bankların risklərinin müəyyən edilməsi və qiymətləndirilməsini əhatə edir.
Marja.az-ın məlumatına görə, Sorğu nəticələrinin xülasəsində bildirilir ki, 2023-cü ilin III rübü üzrə sorğu nəticələrinə əsasən biznes kreditləri üzrə kredit standartlarında yumşalma ötən rüblə müqayisədə səngimişdir. Kredit standartlarında yumşalmanın azalması həm mikro sahibkarlıq subyektlərinə, həm də KOS (Kiçik və orta sahibkarlıq) subyektlərinə verilən kreditlər üzrə müşahidə edilmişdir.
Sorğuda iştirak edən banklar kredit standartlarında yumşalmanın növbəti rübdə də səngiməsini gözlədiklərini bildirmişlər. Cari rübdə biznes kreditlərinə tələb ötən rübə ilə müqayisədə cüzi azalsa da, müsbət zonada qalmışdır. Biznes kreditləri üzrə tələb əsasən MKOS (Mikro, kiçik və orta sahibkarlıq) subyektlərinə verilən kreditlər üzrə müşahidə edilmişdir.
Banklar növbəti rübdə sektorda iri biznes kreditlərinə tələbin cari rüb ilə müqayisədə aşağı olacağını gözlədiklərini bildirsələr də, mikro sahibkarlıq subyektləri və KOS subyektləri üzə kredit tələbənin növbəti rübdə artacağı qənaətindədirlər.
Sorğu nəticələrinə əsasən ipoteka kreditləri üzrə standartlarda dəyişikliklərin olmamış, tələb isə azalmışdır. İpoteka kreditləri üzrə standartlar daxili ipoteka kreditlərində olduğu kimi İKZF hesabına verilən kreditlərdə də dəyişməz qalsa da, İKZF hesabına verilmiş ipoteka kreditləri üzrə tələb son rübdə azalmışdır.
Banklar növbəti rübdə ipoteka kreditləri üzrə kredit standartlarında yumşalmaların artacağını, kredit tələbində isə əhəmiyyətli dəyişiklik olmayacağını gözləyirlər.
Sorğu nəticələrinə əsasən cəmi istehlak kreditləri üzrə kredit standartlarında yumşalma son rüb ilə müqayisədə azalsa da, kredit karları üzrə kredit standartlarında yumşalma artmışdır. Sektorda istehlak kreditləri üzrə tələb yüksək olaraq qalmaqdadır. 2023-cü ilin cari rübündə kredit kartları və əməkhaqqı kreditləri üzrə tələb artmış, məişət avadanlıqları üzrə tələb isə azalmışdır. Banklar növbəti rübdə kredit kartları üzrə tələbin artması fonunda istehlak kreditləri üzrə tələbin artacağını proqnozlaşdırırlar.
Sorğunun məqsədi bank sektorunun kreditləşmə fəaliyyətinin monitorinqi və təhlili, maliyyə sabitliyinə təhdidlərin erkən rejimdə aşkarlanması, qiymətləndirilməsi və müvafiq prudensial siyasətin müəyyən edilməsi, habelə maliyyə sektoru iştirakçılarının müvafiq trendlər barədə məlumatlandırılmasıdır. Sorğu biznes, istehlak və ipoteka kreditləşməsinə dair tələb və təklif amillərinin qiymətləndirilməsi, o cümlədən, bankların risklərinin müəyyən edilməsi və qiymətləndirilməsini əhatə edir:
• kredit standartlarında (siyasətində) dəyişikliklərin dinamikası;
• kredit standartlarının dinamikasına təsir edən amillər;
• kredit tələbində dəyişikliklərin dinamikası;
Sorğu keyfiyyət xarakterli suallardan ibarətdir və cavablandırılması kəmiyyət qiymətləndirməsi tələb etmir. Sorğunun nəticələrinin kəmiyyət vahidlərinə çevrilməsi üçün balans statistikası metodologiyasından istifadə edilir. İndeks mənfi 100%-dən müsbət 100%-ə qədər dəyişir. Müsbət 100% indeks respondentlərin 100%-nin trenddə əhəmiyyətli yumşalma və ya artım, mənfi 100% indeks isə respondentlərin 100%-nin əhəmiyyətli dərəcədə sərtləşmə və ya azalma müşahidə etdiyini göstərir. İndeks 0% olduqda isə əvvəlki rüblə müqayisədə trendin dəyişmədiyini bildirir. İndeks hesablanarkən, bankın ölçüsündən asılı olmayaraq respondentlərin cavablarına bərabər çəki verilir. Sorğunun respondentləri bankların baş kredit inzibatçısı və yaxud İdarə Heyətinin müvafiq sahə üzrə kuratorlarıdır. Sorğu 2022-ci ilin I rübündən etibarən rüblük əsasda keçirilir. Cari hesabat 2023-cü ilin III rübü üzrə sorğunun nəticələrini əks etdirir. Hesabatda təqdim olunan gözləntilər Azərbaycan Mərkəzi Bankının gözləntilərini deyil, yalnız kreditləşmə fəaliyyətinə dair sorğunun respondentlərinin (bankların) kreditləşmənin cari və gələcək tendensiyası ilə bağlı qiymətləndirmələrini əks etdirir.
2023-cü ilin III rübü üzrə Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri ilə aşağıdakı linkdən tanış olmaq olar:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
SOCAR ilə “SICPA SA” şirkəti arasında Xidmətlər Sazişi imzalanıb
-
2 saat əvvəl
ChatGPT-nin ana şirkəti OpenAI gəlir modeli formalaşdıra bilmir, zərəri ildən-ilə artır
-
5 saat əvvəl
Dolların beynəlxalq ödənişlərdəki payı 2023-cü ildən bəri ilk dəfə 50% səviyyəsini keçib
- 5 saat əvvəl
-
5 saat əvvəl
OpenAI-nin Baş direktoru 50 milyard dollarlıq investisiya turunda
-
5 saat əvvəl
AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aeroportların tikintisi üçün torpaq alınması dövlət ehtiyacı sayılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
SOCAR ilə “SICPA SA” şirkəti arasında Xidmətlər Sazişi imzalanıb
Dolların beynəlxalq ödənişlərdəki payı 2023-cü ildən bəri ilk dəfə 50% səviyyəsini keçib
OpenAI-nin Baş direktoru 50 milyard dollarlıq investisiya turunda
AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır
Ən çox oxunanlar
İlham Əliyevin Donald Tramp ilə görüşü olub - FOTOLAR
Unibank sahibkarlar üçün yeni kampaniya keçirir
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Yanvarın 23-də gözlənilən hava şəraiti
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib




















