Azərbaycanın iqtisadi artım tempi 1 faizdən aşağı olaraq qalır
Noyabrda Azərbaycanın iqtisadi artım sürəti 0,5 faizdən 0,8 faizə yüksəlib.Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2023-cü ilin yanvar-noyabr aylarında ölkədə 110,2 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
Xatırladaq ki, 2023-cü ilin yanvar-oktyabr aylarında ölkədə 100,9 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdu.
2023-cü ilin yanvar-noyabr aylarında iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3,2 faiz artmışdır.
ÜDM istehsalının 41,2 faizi sənaye, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,0 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 18,0 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,4 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 10856,0 manata bərabər olmuşdur.
SƏNAYE İSTEHSALI
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-noyabr aylarında 60,8 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 1,9 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 7,8 faiz artmışdır.
Sənaye məhsulunun 67,9 faizi mədənçıxarma sektorunda, 26,8 faizi emal sektorunda, 4,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,5 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 4,3 faiz artmışdır.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 82,7 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 74,3 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 52,1 faiz, maşın və avadanlıqların istehsalı 37,4 faiz, tikinti materiallarının istehsalı 29,8 faiz, içkilərin istehsalı 27,5 faiz, poliqrafiya məhsullarının istehsalı 26,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 20,4 faiz, hazır metal məmulatlarının istehsalı 19,2 faiz, kağız və karton istehsalı 18,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 12,7 faiz, elektrik avadanlıqlarının istehsalı 10,3 faiz, qida məhsullarının istehsalı 9,8 faiz, tütün məmulatlarının istehsalı 9,6 faiz, neft məhsullarının istehsalı 8,4 faiz, kimya sənayesi məhsullarının istehsalı 8,3 faiz, mebel istehsalı 5,7 faiz, əczaçılıq məhsullarının istehsalı 1,1 faiz artmış, sair nəqliyyat vasitələrinin istehsalı 9,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 11,4 faiz, sair sənaye məhsullarının istehsalı 12,0 faiz, geyim istehsalı 13,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 17,6 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 22,2 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 16,0 faiz artmışdır.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
3 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
4 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"
























