AZAL-dan Bakı-Vyana istiqamətində uçuşlara xüsusi təklif
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı və Vyana arasında uçuşlar üçün yeni endirim aksiyasına start verib.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, aksiya çərçivəsində aviabiletlərin qiyməti Bakı-Vyana-Bakı marşrutu üzrə 555 manatdan, Vyana-Bakı-Vyana marşrutu üzrə isə 299 avrodan başlayır.
Endirimli aviabiletləri 15-21 dekabr 2023-cü il tarixləri arasında əldə etmək mümkündür. Aksiya aviaşirkətin 16 yanvar–11 iyun 2024-cü il tarixlərində (yüksək tələbat dövrü istisna olmaqla) həyata keçiriləcək reyslərinə şamil olunur. Bakı ilə Vyana arasında reyslər həftədə iki dəfə — çərşənbə axşamı və cümə günləri həyata keçirilir.
AZAL-ın xüsusi təklifi zəngin tarixi memarlığı ilə seçilən və Avropa mədəniyyət və incəsənətinin beşiklərindən sayılan Vyanaya daha sərfəli qiymətlərlə səyahət etmək imkanını yaradır. Qeyd edək ki, endirimli aviabiletlərin sayı məhduddur.
Aviabiletləri rəsmi saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 3 d. əvvəl
-
- 24 d. əvvəl
-
51 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 53 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Tramp: FED-in faiz artırması yanlış olar
Qızıl daha da ucuzlaşıb
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
























