Dövlət şirkəti 50 milyon dollar borc alır - İSTİQRAZ EMİSSİYA EDİB, ŞƏRTLƏR
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin istiqrazları Bakı Fond Birjasının premium bazar seqmentində listinqə alınıb.13 dekabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə dövlətə məxsus "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ümumi dəyəri 50 milyon ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.
Bu barədə Marja.az-a Bakı Fond Birjasından bildirilib.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir.
Abunə yazılışı 18 dekabr 2023-cü il tarixində başlayacaqdır və 18 fevral 2024-cü ilədək davam edəcəkdir.
Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Faizli, təmin edilməmiş, sənədsiz adlı istiqrazların sayı 50 000 ədəd, hər birinin nominal dəyəri 1000 ABŞ dolları, faiz dərəcəsi 6%, tədavül müddəti 5 ildir. Kupon faizləri ildə 2 dəfə ödəniləcək.
Abunə yazılışında iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin istiqrazları ilə bağlı ətraflı məlumat üçün göstərilən linkə keçid edə bilərsiniz: www.ascoistiqraz.az
Qeyd edək ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" 2023-cü ilin mart ayında hər birinin nominal dəyari 1000 ABŞ dolları olan 100 min ədəd istiqraz emissiya edərək 100 milyon dollar cəlb edib. Cəlb edilən vəsait ilə yeni tankerlər alınıb.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin səhmlərinin 100%-i Azərbaycan Respublikasına məxsusdur.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
11 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"



















