“Daşkəsən” dəmir filizi yataqlarında daha böyük ehtiyat olduğu açıqlandı
“Daşkəsən” dəmir filizi yataqları qrupunda geoloji tədqiqatlar davam etdirilir
“AzerGold” QSC-nin törəmə şirkəti – “Daşkəsən Dəmir Filiz” (DDF) MMC tərəfindən ölkəmizin ən böyük qara metal yataqları kompleksi olan “Daşkəsən” dəmir filizi yataqları qrupunun istismarı layihəsi çərçivəsində geoloji tədqiqatlar uğurla davam etdirilir.
QSC-nin yaydığı məlumatda bildirilir ki, ötən dövr ərzində yataqlar qrupuna daxil olan “Cənub-şərq” və “Şimal-qərb” yataqlarında aparılan geoloji kəşfiyyat işlərinin nəticəsi olaraq yerin təkində olan resurslarda 69.7 milyon ton artım əldə edilib. Bununla “Daşkəsən” dəmir filizi yataqları qrupu üzrə yerin təkində olan filiz ehtiyatlarının ümumi kütləsi 309.16 milyon tona çatdırılıb.
Növbəti mərhələdə Böyük Britaniyanın “Micon International” şirkəti tərəfindən “Cənub-şərq” və “Şimal-qərb” mədənləri üzrə açıq karxana üsulu ilə 21 illik istismar planı hazırlanıb. Geoloji tədqiqatlar çərçivəsində istismar müddətinin 25-30 ilə çatdırılması növbəti hədəf olaraq müəyyən edilib. Belə ki, “Cənub-şərq” və “Şimal-qərb” yataqlarının cinahlarında geniş geoloji kəşfiyyat işləri, daha 3 yataq – “Cənub-qərb”, “Dəmirov” və “Dardərə” yataqlarında isə ilkin kəşfiyyat-tədqiqat işləri həyata keçirilir.
Qeyd edilib ki, “Daşkəsən dəmir filizi” layihəsi çərçivəsində mədənlərdən hasil ediləcək qara metal filizləri qarşıdakı illərdə inşası planlaşdırılan üçmərhələli istehsal zənciri üçün xammal kimi istifadə olunacaq. Belə ki, Daşkəsən rayonunda dəmir konsentratı istehsalı üçün Zənginləşdirmə zavodu, Göygöl rayonunda isə aralıq məhsul olan pellet istehsalı və son məhsul olan HBI (isti briketləşdirilmiş dəmir/ hot briquetted iron) istehsalı zavodlarının qurulması nəzərdə tutulub. Bununla ölkədə təkrar emal edilən metal qırıntılarının yüksək keyfiyyətli xammalla əvəzlənməsi, metallurgiya sənayesinin idxaldan asılılığının azaldılması, həmçinin ixracyönümlü polad məhsullarının hazırlanması üçün artan tələbatın ödənilməsi hədəflənir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dünyanın ən böyük suveren fondu son 2 ilin ən yüksək gəlirliliyini göstərib
-
3 saat əvvəl
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
- 6 saat əvvəl
-
6 saat əvvəl
22 bankdan 5-nin balans kapitalı 240 milyon manatdan çox olub - SİYAHI
- 7 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
Tramp: Pauell milli təhlükəsizliyimizə zərər verir
Ən çox oxunanlar
Tam yeni Toyota Hilux artıq Toyota Abşeronda
Bakı–Tbilisi–Qars üzrə müqavilələr imzalandı
Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub
Sərfəli şərtlərlə qızıl təminatlı kredit
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək - Nazir şirkətin sahibilə görüşdü
"FNC BOKT" da 15 faizlə borc alır




















