Azərbaycan Strongmen Federasiyası Dünyaya səs saldı! - FOTOLAR
İdmançılarımız 310 kq, 290 kq, 252.2 kq və s. çəkilərin öhdəsindən gələrək qızıl medallar qazanıblar,Dünya rekorduna imza atıblar(®) 16-17 dekabr 2023-cü il Rusiyanın paytaxtı Moskva Şəhərində keçirilən 29 Ölkənin 4000-dən çox idmançısının çıxış etdiyi “wrpf” üzrə 9-cu Dünya çempionatı keçirilib.
Bu Mötəbər Güc İdman Növləri üzrə keçirilən yarışda ölkəmizi Strongmen Federasiyası rəhbərliyi başda olmaqla öz komandası ilə təmsil edib.
Elə yarışın ilk günündən idmançılarımızın xoş xəbərlərini almağa başlanılıb. Federasiya Prezidenti Bəxtiyar Quliyev uzun fasilədən sonra beynəlxalq arenada Deadlift hərəkəti üzrə 40-49 yaş kateqoriyasında 110 kq çəki dərəcəsində 290 kq çəkinin asanlıqla öhdəsindən gəlib bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanmışdır. Bu Quliyevin idman karyerasında 9-cu Dünya Çempionluğu oldu.
Federasiyanın Vitse Prezidenti Raif Süleymanov da 90 kq çəki dərəcəsində Deadlift hərəkəti üzrə 252.2 kq ram edərək rəqiblərindən üstünlüyünü sübüt etməklə idman karyerasına 4 cü dəfə Düna çemionu adını yazdıraraq qızıl medal qazanmış və Fəxri kürsünün yüksək pilləsində Himnimizi qürurla səsləndirmişdir.
Federasiyanın digər Vitse Prezidenti Namiq Cəfərov Güc İdman Növlərindən olan Strict Curl hərəkətində 40-49 yaş kateqoriyasında 74 kq çəkini qaldırraq həm qalib həm də Dünya rekorduna imza atıb.
Federasiyanın üzvü Nicat Hüseynov 100 kq çəki dərəcəində (təchizatla) 310 kq Deadlift hərəkətində Dünya rekordunu yeniləyərək qızıl medala layiq görülmüşdür. Eyni zamanda Hüseynov Strict Curl hərəkəti üzrə də 82.5 kq çəkini qaldıraraq bu yarışdan 2-ci qızıl medalını almışdır. Qeyd edək ki, Nicat Strict curl uzrə 100 kq çəkidə ilk Dünya çempionudur.
Tural Ağayev Strit curl üzrə 40-49 yaş kateqoriyası 100 kq çəkidə çıxış edərək 82.5 kq çəkini qaldıraraq Çemion adını qazanmışdır.
Finyaz Əlisultanov Strict Curl üzrə 40-49 yaş kateqoriyasında 75 kq çəki dərəcəsində 70 kq çəkinin öhdəsindən gələrək fəxri kürsünün 2-ci pilləsində qərarlaşmışdır.
Rövşən Xəlilov bu çempionatda 75 kq çəki dərəcəsində rəqiblərini ciddi fərqlə geri qoyaraq 1-ciliyi ələ almışdır. Belə ki, ümumilikdə 707.5 kq (squat hərəkətində 245 kq, deadlift hərəkətində 292.5 kq, benchpress hərəkətində 170 kq ) 2 hərəkətin cəmində isə 462.5 kq (bench press, deadlift) pauerliftinq üzrə 2 qızıl medal qazanmışdır.
Yarışda İlkin Namazov yuniyorlar arasında 125+ kg çəkidə armlifting hərəkəti üzrə 79 kq dartaraq Azərbaycan gənclərinin gücünü beynəlxalq arenada sübüt edərək çemion adını qazanmışdır.
Federasiyanın ən gənc üzvü, 16 yaşlı Mehdi Hacızadə çempionatdakı yarışda yaddaşlardan silinməyən izlər qoyub. Belə ki, o 56 kq çəki dərəcəsində (şəxsi çəkisi 53.5 kq) iştirak edərək 29 ölkədən olan tamaşaçıların heyrətlə izlədiyi auditoriya qarşısında Deadlift hərəkətində 185 kq çəkini asanlıqla ram edərək yarışın mütləq qalibi olmaqla yanaşı həm də yaşıdları arasında Dünya rekorduna öz adına yazdırmağa nail olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
15 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
-
16 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
16 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
16 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
- 16 saat əvvəl
-
16 saat əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
17 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
Son Xəbərlər
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı






















