Göygöl Şərab Zavodunun 160 illik ənənəsi
(®) Ölkənin böyük spirtli içki istehsalçılarından olan Göygöl Şərab Zavodu məhsulların hazırlanmasında şərabçılıq ənənələrinin qorunmasını diqqətdə saxlayır.
Bu gün zavodda istehsal olunan təbii şərablar yerli və beynəlxalq bazarlarda öz layiqli yerini tutmuşdur. Zavod istehsal etdiyi şərabın yüksək dad və keyfiyyət göstəricilərinə malik olmasında ənənəvi təcrübədən yararlanmaq üçün müntəzəm olaraq klassik şərabçılığın geniş yayıldığı ölkələrdən, o cümlədən Fransa və İtaliyadan xarici mütəxəssislərlə uzunmüddətli əməkdaşlıq edir.
Bu yaxınlarda İtaliyadan xüsusi dəvət edilmiş şərabçılar buradakı üzüm sahələrini ziyarət etmiş, istehsalın bütün mərhələlərində iştirak etmiş, üzümün keyfiyyətli və məhsuldar yetişdirilməsi üçün öz praktiki tövsiyələrini bildirmişlər. Ekspertlər xüsusilə də buradakı iqlim şəraiti və üzüm sahələrinin üzümçülük üçün perspektivini yüksək qiymətləndiriblər.
Qeyd edək ki, Göygöl va Samux bölgələrində yerləşən üzümlüklərdə cəmi 13 olmaqla, qırmızı şərablar üçün Pinot Noir, Cabernet Sauvignon, Merlot, Syrah, Saperavi, Grenache, Mədrəsə, ağ şərablar üçün isə Sauvignon Blanc, Chardonnay, Rkatsiteli, Muscat, Bayanşirə, Uniblanc üzüm sortları yetişdirilir. Zavodda xammalın qidalı və orqanoleptik xüsusiyyətlərinin maksimum saxlanmasına ciddi riayət edilir və məhsulların yüksək keyfiyyətinin təmin edilməsi üçün istehsalın bütün mərhələlərində müasir avadanlıqlar və kompüter texnologiyaları vasitəsilə labaratoriya analizləri həyata keçirilir.
Qeyd edək ki, 160 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim spirtli içki istehsal edən müəssisəsidir. Zavodun “Xan 1860” brendi adı altında təqdim etdiyi araq, şərab, konyak və şampanlar müxtəlif ölkələrə ixrac olunur və dəfələrlə önəmli beynəlxalq mükafat və sertifikatlar qazanmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
8 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"




















