“MKT İstehsalat Kommersiya” şirkəti “Uşaqlara sevinc bəxş et” şüarı altıda Yeni il şənliyini keçirib
(®) Uşaqlar gələcəyimizdir, onların rifahının yüksəldilməsi çiçəklənən sabahın əsasını qoyur.
Uşaqları heç bir zaman diqqətdən kənarda qoymayan “MKT İstehsalat Kommersiya” MMC-nin növbəti tədbiri də məhz gələcəyimiz olan uşaqları hədəf almışdır. Şirkət komandası 26 dekabr tarixində Biləsuvar rayonunun pambıqçılıqla məşğul olan, ən yüksək məhsuldarlığa sahib kəndlərindən biri Xırmandalı kənd Müşfiq Abbasov adına 2 saylı tam orta məktəbində ibtidai sinif şagirdləri üçün “Uşaqlara sevinc bəxş et” şüarı altıda növbəti yeni il şənliyini keçirmişdir.
Keçirilən tədbirdə 150-dən çox ibtidai sinif şagirdi, müəllim kollektivi iştirak etmişdir. Uşaqlara bayram sevinci yaşatmaq üçün Şaxta Baba və animatorların iştirakı ilə bir sıra əyləncələr təşkil edilib. Tədbirə xüsusi hazırlaşan şagirdlər tamaşalar nümayiş etdirmiş, şeirlər və nəğmələr oxumuşdur. Daha sonra Şaxta Baba uşaqları qarşıdan gələn yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə təbrik edib bayram hədiyyələri təqdim etmişdir.
Gələcəkdə də bu tip tədbirlərin keçirilməsi və daha çox uşağın sevincinin bir parçası olmaq “MKT İstehsalat Kommersiya” MMC-nin hədəflərindən biridir.
Tədbir haqqında videonu “MKT İstehsalat Kommersiya” MMC-nin YouTube kanalından izləyə bilərsiniz.
“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir. https://www.mktcotton.com
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
3 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
5 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"























