Bakı Ağ Şəhərdə 4 ədəd 20 mərtəbəli yaşayış binasının tikintisinə başlanılır
Bakı Ağ Şəhərdə (Baku White City) daha 4 yaşayış binasının tikintisinə başlanacaq. Marja.az-ın məlumatına görə, yaşayış binaları Mərkəzi Park kvartalında yerləşir.
Belə ki, "Park Çinar" MTK tərəfindən 20 mərtləbli 1 girişli, "Raffle Group" tərəfindən 20 mərtəbəli 2 girişli, "Prestij-V" MTK tərəfindən 20 mərtəbəli 2 girişli və "Golden Rose" tərəfindən 20 mərtəbəli 2 girişli yaşayış binalarının tikintisinə başlanacaq.
Artıq binaların yerləşəcəyi ərazi tikinti işləri üçün hazırlanıb. İnşaat işlərinin 2024-cü ildə başlaması və 2027-ci ildə yekunlaşdırılması planlaşdırılır.
Qeyd edək ki, artıq Bakı Ağ Şəhərdə yeni tikilən binalarda mənzillərin 1 kvadrat metrinin qiyməti 3000 manatdan başlayır, hətta 4000 manatı da keçir.
Əlavə edək ki, Mərkəzi Park kvartalında Bakı Ağ Şəhər biznes mərkəzinin tikintisi başa çatdırılıb. A sinfinə aid Biznes mərkəzində 150 ofislər mövcuddur. 3 m hündürlüyü olan ofislər fərdi soyutma, təbii havalandırma, ümumi istilik sitemi, eyvanlar, 386 yeraltı və 62 yerüstü parkinq yerləri, elektrik avtomobillər üçün yerlər, ödənişsiz veloparkinqlər və digər bu kimi üstünlüklər ilə iş adamlarının xidmətində olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)









