Türkiyə Rusiyaya nə qədər yumurta ixrac edə biləcəyini açıqlayıb
İstehsalçılar: Türkiyə altı ay ərzində Rusiyaya ehtiyac duyduğu həcmdə yumurta tədarük etməyə hazırdır"Türkiyə yumurtasının tədarük həcmi Rusiya tərəfindən müəyyən edilir, Türkiyə ehtiyacı ödəməyə hazırdır, bu məsələ ilə bağlı danışıqlarda heç bir problem yoxdur".
Marja.az xəbər verir ki, bunu Türkiyə Yumurta İstehsalçıları Birliyinin rəhbəri İbrahim Afyon RİA Novosti-yə bildirib.
Türkiyədən ərzaq yumurtalarının ilk partiyası yanvarın 3-də Rusiyaya gəlib. 2024-cü il yanvarın 1-dən iyunun 30-dək Rusiya Federasiyasının Nazirlər Kabineti ölkəyə rüsumsuz 1,2 milyard ədəd toyuq yumurtasının idxalına icazə verib.
"Təchizatlar 6 ay ərzində, qəbul edən tərəfin istədiyi həcmdə müzakirə olunub. Biz ehtiyacı istənilən həcmdə ödəməyə hazırıq", - İbrahim Afyon bildirib.
Onun sözlərinə görə, Rusiyaya yumurta tədarükü ilə bağlı danışıqlar prosesində problemli məsələ yoxdur. "Heç bir problem yoxdur, proses davam edir. Çatdırılma tarixləri qəbul edən tərəf tərəfindən müəyyən edilir".
Rusiyada toyuq yumurtası 2023-cü ilin əvvəlindən təxminən 1,5 dəfə bahalaşıb, həftəlik artım tempi yalnız dekabrın sonunda yavaşlamağa başlayıb. Rusiya prezidenti Vladimir Putin mətbuat konfransı zamanı bahalaşmanı tələbin artdığını, lakin istehsalın artmaması, idxalın vaxtında açılmaması ilə izah edib. Daha sonra Rusiyanın Kənd Təsərrüfatı Naziri Dmitri Patruşev Yeni ildən sonra toyuq yumurtasının qiymətlərinin yerli istehsalın artması və dost ölkələrdən idxal (Azərbaycan, Türkiyə və s.) hesabına sabitləşəcəyini iddia edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
14 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 14 saat əvvəl
-
14 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
14 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ






.jpg)











.jpg)






