“PAŞA Bank" da depozit faizlərini artırdı
“PASHA Private Banking” depozit şərtlərində yüksək gəlirlilik təklif edir(®) Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”ın yüksək gəlirli şəxslər üçün xidmət göstərən “PASHA Private Banking” xüsusi depozit təklif edir.
Belə ki, Azərbaycan manatı ilə yerləşdirilən yeni depozit məbləğlərinin faizi illik 8%-ə qaldırılıb.
Eyni zamanda “PASHA Private Banking” tərəfindən təqdim olunan çoxsaylı üstünlüklərdən yararlanmaq da mümkündür. 100 000 ABŞ dollarından başlayaraq yerləşdirilən depozitlər üçün isə, müddət və məbləğə görə illik 3% gəlir əldə etmək mümkündür. Qoyulan depozitlərin təhlükəsizliyinə Bank tərəfindən kapital zəmanəti verilir. Eksklüziv şərtlər müəyyən bir müddət üçün, yeni cəlb olunan depozit hesablarına tətbiq olunur.
"PAŞA Bank"da minimal 100 000 AZN/USD məbləğində depozit yerləşdirən şəxslər birbaşa “PASHA Private Banking” müştəriləri hesab edilir və həmin müştərilər təqdim olunan bütün xüsusi üstünlüklər və imtiyazlardan yararlanmaq imkanı əldə edir. “PASHA Private Banking”in xidmətlərinə müştəriləri fərqli hiss etdirəcək fərdi yanaşma, bütün bank proseslərini idarə edəcək şəxsi müştəri meneceri, peşəkar maliyyə komandasından investisiyalar üzrə məsləhət xidməti, böyük partnyor şəbəkəsindən eksklüziv təkliflər, həmçinin bir sıra bank xidmətlərində endirimli və ya ödənişsiz təkliflər daxildir. “PASHA Private Banking”in təqdim etdiyi xidmət və məhsullar müştərilərin həyatını asanlaşdırmağa, ən əsası isə sərvətləri üçün yeni üfüqləri kəşf etməyə kömək edir.
Müştərilər Bankda depozit yerləşdirməklə mövcud hesablarını “PASHA Private Banking”ə keçirə, hesabları olmadığı təqdirdə isə yeni premium-sinif hesab aça bilərlər. Depozit məbləğindən asılı olaraq müştərilərə depozit qutuları da təqdim olunur.
Qeyd edək ki, 2010-cu ildə fəaliyyətə başlayan “PASHA Private Banking” Azərbaycan bazarında yüksək gəlirli şəxslər üçün xidmət göstərən ilk qurumdur, son illər ərzində bir sıra nüfuzlu beynəlxalq mükafatlar çərçivəsində “Ən yaxşı Private Banking xidmətləri təqdim edən bank”, “Ən yaxşı investisiya bankı”, “Ən yaxşı bank qrupu” nominasiyalarında fərqləndirilib.
“PASHA Private Banking” müştərisi olmaq və yüksək gəlirli müştərilər üçün nəzərdə tutulan bütün xidmətlərdən, məhsullardan və xüsusi üstünlüklərdən yararlanmaq üçün https://pashaprivate.az veb-saytına keçid edə və ya *1230 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 7 saat əvvəl
-
7 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
8 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
8 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
9 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
9 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı






















