BMT Təhlükəsizlik Şurası Qırmızı dənizdə gəmilərə hücumları pisləyən qətnamə qəbul edib
BMT Təhlükəsizlik Şurası çərşənbə günü Yəmən husi üsyançılarının Qırmızı dənizdə hücumlarını pisləyən ABŞ-ın qətnamə layihəsini qəbul edib.
Marja.az xəbər verir ki, Təhlükəsizlik Şurasının 11 üzvü sənədin lehinə səs verib, 4 ölkə, o cümlədən Rusiya, Çin və Əlcəzair bitərəf qalıb.
Əvvəllər Rusiya qətnamənin mətninə Qırmızı dənizdə vəziyyətin gərginləşməsinə səbəb kimi Fələstin-İsrail münaqişəsinin göstərilməsi də daxil olmaqla üç düzəliş təklif etsə də, Təhlükəsizlik Şurası onları rədd edib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya səsvermədən əvvəl deyib ki, Qırmızı dənizdəki hazırkı vəziyyətin “əsas səbəbi” Qəzzada gərginliyin artmasıdır. “Qətnamədə bunu qeyd etmədən səbəb-nəticə əlaqəsi pozulacaq və baş verənlərin ümumi konteksti təhrif olunacaq”, - diplomat vurğulayıb.
Birləşmiş Ştatlar və Yaponiya tərəfindən təklif olunan sənəd 11 bənddən ibarətdir və Husilərin 2023-cü ilin Noyabr ayından bəri ticarət gəmilərinə hücumlarını “qətiyyətlə pisləyir”, həmçinin hücumların dərhal dayandırılması çağırışını ehtiva edir. Bundan əlavə, qətnamə layihəsində BMT-yə üzv ölkələrin “beynəlxalq hüquqa uyğun olaraq öz gəmilərini, o cümlədən gəmiçilik hüquq və azadlıqlarını təhdid edən hücumlardan qorumaq hüququ” qeyd edilir.
Sənəddə həmçinin husilərə silah tədarükü pislənir və “husilərin növbəti hücumlar həyata keçirmək üçün lazım olan vəsaiti əldə etmələrinin qarşısını almaq üçün əlavə aktiv praktiki əməkdaşlığa” çağırılır. Bundan əlavə, qətnamə layihəsi BMT-nin baş katibinin Qırmızı dənizdə husilərin hücumları ilə bağlı Təhlükəsizlik Şurasına aylıq hesabat göndərməsini tələb edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
2 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 4 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub



















.jpg)





