Müvəqqəti sədr: "2023-cü ildə gəlirimiz 72.3 milyon manat təşkil edib"
“Azərpoçt” MMC-nin İdarə Heyəti sədrinin vəzifələrini icra edən İsi Mustafayev: Qurumun 2023-cü il üzrə illik gəliri 72.3 milyon manat təşkil edib. Bu da özündən əvvəlki ilin müvafiq dövründən 10% çoxdur. Keçən il üzrə xalis mənfəət 4.6 milyon manat, EBİTDA isə 11.5 milyon manat olub. Həmin dövrdə cəmiyyətin xərcləri 67,5 milyon manat olub. Bu da özündən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10% çoxdur. Xərc artımının əsas hissəsi əməkhaqqı xərclərinin payına düşür. Belə ki, 2023-cü ilin əvvəlində minimum əməkhaqqının 17% artımı xərclərin artımına səbəb olub.
“Azərpoçt” MMC 2023-cü ilin yekunlarına dair brifinq keçirib.
Marja.az xəbər veri ki, brifinqdə çıxış edən “Azərpoçt” MMC-nin İdarə Heyəti sədrinin vəzifələrini icra edən İsi Mustafayev qurumun 2023-cü il ərzində gördüyü işlər, eləcə də maliyyə nəticələri barədə məlumat verib.
Qeyd edib ki, 2021-ci ildən yenilənmə mərhələsinə keçid edən, eləcə də elektron kommersiyada inkişaf etməyi hədəfləyən “Azərpoçt” 2023-cü il üzrə 3 əsas layihəsini uğurla sınaqdan keçirərək istifadəyə verib.
Belə ki, 20,000-dən çox müştəri bazası olan, Türkiyədən onlayn məhsulların sifarişini çatdıran “Postcargo” bu gün 1113 şöbədə vətəndaşlara xidmət göstərir. Hazırda ABŞ-dən test rejimində bağlamaların çatdırılmasını icra edir, yaxın zamanda xidmətin tam istifadəyə veriləcəyi planlaşdırılır.
Bildirilib ki, “Azərpoçt” rəqəmsal çatdırma hesab olunan ilk Poçtamatını da AZ1000 indeksli mərkəzi poçt məntəqəsində müştərilərinin istifadəsinə verib. İnsan əməyi olmadan, avtomatlaşdırılmış şəkildə özünəxidmət funksiyalı poçt qutuları 7/24 rejimində fəaliyyət göstərərək müştərilərin məmnuniyyətini tam təmin edir.
Əlavə olunub ki, qurum yalnız onlayn sifarişlərin çatdırılması üçün nəzərdə tutulan, xüsusi xidmət nöqtələri olan PUDO məntəqələrini də istifadəyə verib. Hazırda 50-yə yaxın məntəqədə səhər 9:00-dan axşam 21:00-a qədər PUDO-lar fəaliyyət göstərir.
Ölkədə poçt işinin təşkilindən danışan İsi Mustafayev qeyd edib ki, 2020-ci ildən etibarən işğaldan azad olunmuş ərazilərdə də mütəmadi yenidənqurma işləri aparılır. Belə ki, 2020-ci ildə Hadrutda, daha sonra Cocuq Mərcanlıda poçt şöbəsi yaradılıb. 2022-ci ildə isə Zəngilan rayonunun Ağalı kəndində poçt xidmətlərinin təşkili təmin olunub. Hazırda Xankəndi Poçt Filialının yaradılması, Şuşa, Laçın, Xocavənd və Əskəran şəhərlərində poçt xidmətlərinin təşkili üçün inzibati binaların müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.
Bildirilib ki, qurumun 2023-cü il üzrə illik gəliri 72.3 milyon manat təşkil edib. Bu da özündən əvvəlki ilin müvafiq dövründən 10% çoxdur. Keçən il üzrə xalis mənfəət 4.6 milyon manat, EBİTDA isə 11.5 milyon manat olub. Həmin dövrdə cəmiyyətin xərcləri 67,5 milyon manat olub. Bu da özündən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10% çoxdur. Xərc artımının əsas hissəsi əməkhaqqı xərclərinin payına düşür. Belə ki, 2023-cü ilin əvvəlində minimum əməkhaqqının 17% artımı xərclərin artımına səbəb olub.
Qeyd olunub ki, “Azərpoçt” əməkdaşlarının aylıq gəlirlərinin artırılması üzrə 2023-cü il üçün qarşıya hədəf kimi qoyulmuş əməliyyat bonusunun tətbiqinə başlanılıb.
Eyni zamanda nəzərə çatdırılıb ki, “Azərpoçt”un 2024-cü il üzrə əsas hədəfi yenidən əməkdaşların maddi rifah səviyyəsinin yüksəldilməsi olacaq. Büdcə xərclərində bu istiqamətdə 15%-lik artım nəzərdə tutulub.
Media nümayəndələrinin suallarını cavablandıran qurum rəhbəri “Azərpoçt” tərəfindən ötən ildən başladılan transformasiya proseslərinin növbəti ildə də davam etdiriləcəyini diqqətə çatdırıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 15 saat sonra
- 57 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
2 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
3 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
3 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
-
3 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
4 saat əvvəl
Azercell “Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində qanvermə aksiyası keçirib
-
4 saat əvvəl
Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Halal Biznes Forumu keçiriləcək - TARİX

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib

Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
Ən çox oxunanlar

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır

Rasional liderlik, ənənəvi liderlik, xarizmatik liderlik
