"Bu gün ipotekayla 100 min manata ev almaq çətindir"
Bakıda güzəştli ipoteka kreditləri ilə beş il əvvəl mənzil almaq əlverişli idi.
Bu barədə əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
O qeyd edib ki, hazırda ipoteka predmetinə çevrilə bilən mənzillərin qiyməti çox bahalaşıb.
"Mərkəzə yaxın ərazilərdə bir otaqlı mənzillərin satış qiyməti 100 min manatdan bahadır. Adi və güzəştli ipotekaların həcmi artırılmalıdır. Bu gün ipotekayla 100 min manata ev almaq çətindir. Bu yalnız çıxarışsız həyət evləri sənədlə təmin edilərsə əlverişli olacaq. Ucuz qiymətə həyət evləri var. Lakin həmin evlərin çıxarışı olmadığına görə kreditlə satıla bilmir", - deyə ekspert əlavə edib.
Onun sözlərinə görə, güzəştli şərtlərlə verilən ipoteka kreditləri paytaxtdan başqa digər regionlar üçün çox əlverişlidir.
"Ümumi götürdükdə güzəştli şərtlərlə veriləcək olan bu kreditlər əmlak bazarına müsbət təsir edəcək. Alıcılıq kütləsin artıracaq. Amma güzəştli kateqoriyaya aid olan şəxslər onlara ayrılan ipotekanın üzərinə məcburdur ki, əlavə pul qoyub mənzil alsınlar.
Hazırda Bakı şəhərində mənzillərin qiyməti pik həddədir. Lakin əmlak bazarında alıcı qıtlığı var. Belə davam eləsə mənzillərin qiymətləri düşə bilər", - deyə o, qeyd edib.
Qeyd edək ki, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən 2024-cü il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb.
Bu barədə İKZF məlumat yayıb.
"Adi ipoteka kreditləri üzrə müraciətlərin qəbulu fevralın 2-də saat 11:00-dan başlayacaq. Güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbulu ilə bağlı əlavə məlumat veriləcək", - məlumatda deyilir.
Ipoteka kreditinin alınması üçün müraciətlərin qəbulu Elektron Hökumət Portalında (www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə real vaxt rejimində həyata keçirilir.
İpoteka kreditlərinin şərtlərinə dair məlumatları Fondun rəsmi internet səhifəsindən (www.mcgf.gov.az/menu/46) əldə etmək mümkündür.
© "Trend"
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 24 d. əvvəl
- 27 d. əvvəl
-
27 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azvak.az-da yayımlanmış yeni iş elanları
S&P 500 rekord səviyyəyə yüksəlib
Ən çox oxunanlar
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib





















