“Ortakənd” qızıl yatağı barədə ilkin məlumat - 424 min unsiya çıxarılabilən qızıl mövcuddur
geoloji nəticələr müsbətdir“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 2023-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən “Göydağ” sahəsinin “Ortakənd” qızıl yatağında həyata keçirilən geoloji tədqiqatların ilkin nəticələri müsbətdir.
QSC-nin yaydığı məlumatda bildirilir ki, sözügedən yataq üzrə əldə olunan kəşfiyyat nəticələri əsasında beynəlxalq nüfuzlu “MICON INTERNATIONAL” məsləhətçi şirkətinin ilkin hesablamalarına görə, yataqda 424 min unsiya texniki cəhətdən çıxarılabilən qızıl mövcuddur.
Növbəti mərhələdə yataq üzrə ehtiyatların satılabilən, yəni iqtisadi səmərə ilə hasil ediləbilən miqdarı müəyyənləşdiriləcək. Tədqiqatların yekun nəticəsi müsbət olarsa, yaxın gələcəkdə yataqda açıq üsulla hasilat prosesinin aparılması nəzərdə tutulub. “Göydağ” sahəsində yerləşən digər yataq - “Göydağ” mis-porfir yatağında da ehtiyatların qiymətləndirilməsi üçün aparılan araşdırmaların ilkin nəticələri müsbətdir. Tədqiqatlar davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 27 d. əvvəl
-
1 saat əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
1 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib



















