"İndiyədək TƏBİB-in tabeliyindəki tibb müəssisələri üçün 100 milyonluq cihaz və avadanlıq alınıb"
"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dövlət tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər aparmışdır. Sığortanın tətbiqinə başlanıldığı dövrdən indiyədək TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri üçün 100 milyon manata yaxın məbləğdə yeni cihaz və avadanlıq alınıb. Bundan başqa, 248 milyon manatdan çox məbləğdə dərman və tibbi sərf, 40 milyon manat dəyərində 349 ədəd yeni təcili tibbi yardım avtomobili xəstəxanalara təhvil verilib".
Marja.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.
Onun sözlərinə görə, alınan tibbi avadanlıqlar bir çox xəstəliyin minimal invaziv yolla müayinə və müalicəsinə, müayinə zamanı yüksəkkeyfiyyətli görüntü əldə etməyə, ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətini yaxşılaşdırmağa imkan verir:
"Əvvəllər yalnız özəl xəstəxanalarda göstərilən tibbi prosedur və əməliyyatların dövlət xəstəxanalarında da icrasını mümkün edir. Misal olaraq, böyrək daşlarının cərrahi müdaxiləsiz parçalanmasına imkan verən təmassız zərbə-dalğa avadanlığını qeyd edə bilərəm. Bu avadanlıq Yeni Klinikada quraşdırılıb.
Bundan başqa, alınan avadanlıqlar sayəsində tibbi alətlərin sterilizasiyası yüksək səviyyədə təmin olunur. Yeni avadanlıqların imkanları sözsüz ki, tibb işçilərinin işini asanlaşdırmaqla yanaşı, pasiyentlərin məmnunluğuna da səbəb olur".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 13 d. əvvəl
- 21 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"



















