“Azərbaycan Dəmir Yolları 2024-cü ildə öz vəsaiti ilə 50 milyon manatdan çox investisiya edəcək

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) transformasiya prosesinin effektiv idarə edilməsi məqsədilə beynəlxalq nüfuzlu məsləhətçi şirkətin dəstəyi ilə Transformasiya Proqramının həyata keçirilməsinə başlanılıb.
QSC-nin yaydığı "Azərbaycan dəmir yollarının 20 illik inkişafı daha böyük hədəflərə aparır" başlıqlı məqalədə qeyd edilir ki, transformasiya Proqramının 1-ci və 2-ci mərhələsi tamamlanıb, 3-cü mərhələsi bitmək üzrədir:
"Bu proses çərçivəsində optimal, çevik təşkilati struktur formalaşdırılıb. Korporativ idarəetmə sisteminin qurulması üzrə işlər görülüb ki, nəticədə daha şəffaf, səmərəli və inklüziv idarəçilik strukturu formalaşıb. Stansiyaların sayının optimallaşdırılması, işlək stansiyaların sayının 108-dən 69-dək azaldılması sayəsində dəmir yollarının əməliyyatları daha səmərəli və çevik fəaliyyət modelinə keçid edib.
Transformasiya nəticəsində ADY-nin əsas uğurlarından biri şirkətin artıq öz vəsaitləri hesabına iri investisiya layihələrini həyata keçirməsidir. Xərclərin optimallaşdırılması və əlavə gəlirlərin təmin edilməsi sayəsində ADY öz vəsaiti ilə 2023-cü ildə 35 milyon manat investisiya edib. Məsələn:
- 16 km yolda rels dəyişdirilib;
- Keşlə, Biləcəri stansiyalarında, Yeni Suraxanı–Suraxanı, Yeni Suraxanı–Hövsan hissələrində 22 km yol əsaslı təmir olunub;
- Zirə limanı ilk dəfə dəmir yolu şəbəkəsinə qoşulub;
- Biləcəri çeşidləmə parkının yolları 1960-cı illərdən ilk dəfə bərpa edilməyə başlanıb.
2024-cü ildə isə bu vəsait 50 milyon manatı aşaraq 20-dən çox layihənin icrasına cəlb ediləcək.
Məsələn:
Baş Ələt dəmir yolu stansiyası təmir ediləcək;
- Yalama stansiyası genişləndiriləcək;
- 50 km uzunluğunda yolların üst quruluşu təmir ediləcək;
- Biləcəri çeşidləmə parkının təmiri tamamlanacaq və s.
Müasir qatar parkı
Dəmir yollarında istifadə olunan hərəkət tərkibi əhəmiyyətli dərəcədə yenilənib. O cümlədən:
“Stadler Rail Group”la əməkdaşlıq çərçivəsində 2015–2018-ci illərdə ölkədaxili və Abşeron dairəvi dəmir yolu xətti üzrə marşrutlarda istifadə edilməsi üçün sinfinin ən yaxşılarından olan elektrik qatarları alınıb. Hazırda sərnişindaşımada məhz bu qatarlardan istifadə edilir.
2019-cu ildə ölkəyə qatar və lokomotiv parkının yenilənməsi proqramı çərçivəsində sabit və dəyişən cərəyanla işləyən 50 ədəd lokomotiv çatdırılıb.
"Stadler" istehsalı olan “FLIRT” markalı 10 ədəd dizel və elektrik qatarının alınması üçün müqavilə bağlanıb. Qatarlardan dördü 2023-cü ildə ölkəyə çatdırılıb və müvafiq sınaq prosesi bitdikdən sonra xəttə buraxılacaq. 2024-cü ildə digər qatarların da qatar parkına əlavə edilməsi nəzərdə tutulur.
Yeni qatarların alınması ilə paralel olaraq 2023-cü ildə “Stadler Rail Group” şirkəti ilə Regional Servis Mərkəzinin yaradılması barədə müqavilə imzalanıb. Mərkəzdə hazırda dəmir yollarında aktiv istifadə olunan "Stadler" markalı bütün növ nəqliyyat vasitələrinin təmiri və texniki xidməti həyata keçiriləcək. Yerli qatar parkı ilə yanaşı, mərkəzin xidmətləri regionun eyni növ qatarlardan istifadə edən dəmir yolu operatorları üçün də əlçatan olacaq.
Lokomotiv və vaqon parkını artan yükdaşıma tələbatına uyğunlaşdırmaq üçün də işlər görülüb. Bu məqsədlə 303 yeni platforma alınıb. 2014-cü ildə Qazaxıstandan 10 ədəd yeni teplovozun alınması üçün müqavilə imzalanıb və teplovozlar qatar parkına daxil edilib. Həmin ildə Estoniyadan 4 ədəd müasir elektrovoz da alınaraq ölkəmizə gətirilib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 21 saat sonra
-
3 d. əvvəl
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 37 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tether 20 milyard dollar sərmayə axtarır – Dəyəri 500 milyard dollara çata bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb
Ən çox oxunanlar

Rəsmi məzənnələr açıqlandı

Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım

Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
