Abidələrin xarici görkəmini pozan 400-dən artıq reklam lövhəsi sökülüb
Tez-tez rastlaşdığımız xəbərlərdən biri də tarixi-mədəni abidələrə qarşı vətəndaşların, bilavasitə sahibkarların laqeyd münasibətidir. Məsələn, 2022-ci ilin statistikasına əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bu yöndə monitorinqinin nəticəsində qoruq daxilində olan tarixi-mədəni abidələrə 70-dən çox zərəryetirmə faktı aşkarlanıb.
Vandalizm və zərəryetirmə dedikdə tarixi-mədəni abidələrə müdaxilə, onların üzərində hər hansısa formada yazıların yazılması və digər bu qəbildən olan məsələlər aiddir. Bu, işin əhali tərəfidir.
Sahibkarlar tərəfindən bu cür pozuntu halları isə daha çox reklam lövhələri ilə bağlı olur. Hansı ki Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti davamlı şəkildə bununla bağlı monitorinqlər aparır, sahibkarlarla bu istiqamətdə söhbətlər edir və lazım gəldikdə onlara qarşı qanun çərçivəsində cərimələr tətbiq edir.
Bəs ümumilikdə tarixi-mədəni abidələrin üzərinə reklam lövhələrinin quraşdırılması prosesi necə tənzimlənir?
Azərbaycan Respublikası Dövlət Reklam Agentliyindən (ADRA) bildirilib ki, qurum Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə birgə mütəmadi monitorinqlər aparır: “Şübhəsiz, qanunvericiliyin tələblərinə cavab verməyən reklam lövhələri demontaj edilir”.
ADRA-dan sorğumuza cavabda o da qeyd olunub ki, 2023-cü ildə açıq məkanda ümumilikdə qanunvericiliyin tələblərinə cavab verməyən 7 760 reklamın yayımı dayandırılıb.
“Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən, reklam qurğuları (reklam) tarix və mədəniyyət abidələrinin ərazilərində, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində müvafiq icra hakimiyyəti orqanının razılığı ilə, tarix və mədəniyyət abidələrinin mühafizə zonasında isə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı ilə yerləşdirilə bilər”.
Yəni tarixi binaların üzərində reklam yerləşdirilməsi qanun çərçivəsində mümkündür, sadəcə, bunun üçün sahibkarlar Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinə müraciət etməlidirlər.
“ADRA isə öz növbəsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti müvafiq razılığını aldıqdan sonra tarixi binaların üzərində reklam yerləşdirilməsinə icazə verir. İcazəsiz vurulan reklamlara görə isə sahibkarlar məsuliyyət daşıyırlar. Onlar nəzərə almalıdırlar ki, açıq məkanda icazə sənədi almadan reklam yerləşdirərlərsə, bu zaman 500 manatdan 10 000 manatadək cərimə oluna bilərlər”, – cavabda qeyd olunub.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən isə bildirilib ki, xidmət tərəfindən aparılan monitorinqlərin nəticələri göstərir ki, tarix-memarlıq abidələrinin bədii-estetik görkəminə xələl gətirən müdaxilələrin əsas hissəsini abidələrin fasadlarına müxtəlif məişət qurğularının vurulması, kommunikasiya xətlərinin çəkilməsi, o cümlədən reklam lövhələrinin yerləşdirilməsi kimi hallar təşkil edir:
“Tarixi abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Abidələrin üzərində bərpa, konservasiya, təmir və digər işlər onların layihələri Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır.
Eyni zamanda, reklam qurğuları tarix və mədəniyyət abidələrinin ərazilərində, memarlıq abidələrinin (binalarının) fasad hissəsində və dam örtüklərində quraşdırılması Dövlət Xidmətinin razılığı ilə həyata keçirilməlidir. Tarixi abidələrin üzərinə onların bədii-estetik görkəmini pozan, dayanıqlığına xələl gətirən hər hansı müdaxilənin edilməsi yolverilməzdir. Bura reklam lövhələri də daxildir”.
Dövlət Xidmətindən verilən məlumatda o da əksini tapıb ki, ötən il abidə-binalarda fəaliyyət göstərən obyektlərdə qanunsuz yerləşdirilən, abidələrin xarici görkəmini pozan 400-dən artıq reklam lövhəsi müəyyən olunub və həmin lövhələr sökülüb.
Beləliklə, hər iki dövlət qurumunun cavabından çıxan nəticəyə əsasən deyə bilərik ki, tarixi-mədəni abidələr üzərində hər hansısa reklam lövhəsinin quraşdırılması yalnız sözügedən qurumların icazəsi əsasında həyata keçirilməlidir. Bu prinsipə əməl edilmədikdə, yuxarıdakı statistikadakı rəqəmin bir parçasına çevrilməkdən qaçış mümkün deyil.
© APA
Müştərilərin xəbərləri
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited" şirkəti Gədəbəydə sosial təşəbbüslərin icrasını uğurla davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
ABŞ və Ermənistan “Tramp marşrutu”nun reallaşdırılması üçün birgə işçi qrupu yaradıb
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABB UNEC-lə birgə “Data və süni intellekt sertifikasiya proqramı”nı təqdim etdi
-
3 saat əvvəl
ABŞ-ın iri bankı yeni proqnozlarını açıqlayıb: qızıl, neft, səhm bazarı…
-
3 saat əvvəl
İri bank: Türkiyə Lirəsi 2026-cı ildə 30% ucuzlaşacaq - 2027-ci ildə dollar 57 lirə olacaq
-
3 saat əvvəl
Tramp: “Rusiya ilə iş görən hər bir ölkəyə çox ağır sanksiyalar gəlir”
-
3 saat əvvəl
Bakı Fond Birjası Tabadul Hub-a qoşulmaq üçün Abu-Dabi Fond Birjası ilə anlaşıb
-
3 saat əvvəl
5 bankda 9 aylıq mənfəət vergisi ödəmələri 10 milyon manatdan çoxdur
-
3 saat əvvəl
"Qazaxıstan "LUKOİL"ın aktivlərinin alınması ilə bağlı danışıqlar aparmır"
-
3 saat əvvəl
Avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
BOKT ləğv edilir, kreditorlarına müraciət edir
5 bankda 9 aylıq mənfəət vergisi ödəmələri 10 milyon manatdan çoxdur
Ən çox oxunanlar
Avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
Azərbaycanın xaricə pomidor satışından gəliri açıqlanıb
Bu il Azərbaycana 1,8 milyard dollarlıq avtomobil idxal olunub
Azərbaycanın idxalı artıb, ixracı azalıb - SALDO 2,5 DƏFƏ KİÇİLİB
Asiya İnkişaf Bankının prezidenti “Veysəloğlu”nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış olub
İlham Əliyev “SİMA” imzadan danışdı
ABŞ dövlət katibinin müavini Azərbaycana səfər edəcək





















.jpg)

.jpg)



