Əliyev Ərdoğana başsağlığı verib
İlham Əliyev Ərdoğana zəlzələnin ildönümü ilə bağlı başsağlığı verdiİlham Əliyev Türkiyədəki güclü zəlzələnin ildönümü ilə bağlı Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
2023-cü ilin fevralında Türkiyədə baş vermiş və on minlərlə insanın həyatına son qoymuş dəhşətli zəlzələlərdən bir il ötür. Bu faciə nəticəsində həlak olmuş bacı-qardaşlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, onlara uca Allahdan rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm.
Bu fəlakət Türkiyəni olduğu kimi Azərbaycanı da dərindən sarsıtdı. Xalqımız həmin ağır günlərdə qardaş Türkiyə xalqı ilə bir ürək olaraq, faciənin ağrı-acısını bölüşdü, sonsuz kədərini birlikdə yaşadı. Zəlzələ xəbərinin ilk dəqiqələrindən heç bir yardım çağırışını gözləmədən Azərbaycan xalqı və dövləti öz qardaşlıq borcunu yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etdi. Baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması işlərinə və axtarış-xilasetmə əməliyyatlarına cəlb olunmuş xilasedicilərimiz, həkimlərimiz və könüllülərimiz türkiyəli həmkarları ilə çiyin-çiyinə böyük cəsarətlə, əzmlə və fədakarlıqla fəaliyyət göstərdi. Dövlət və özəl qurumlarla yanaşı kiçikdən böyüyə hər bir soydaşımız zəlzələ qurbanlarına dəstək və mənəvi dayaq olmaq üçün əlindən gələni əsirgəmədi.
Sizin qətiyyətli rəhbərliyiniz altında Türkiyə Hökuməti zəlzələnin səbəb olduğu irimiqyaslı dağıntıların aradan qaldırılması, zərər çəkmiş bölgənin dirçəldilməsi, evsiz qalan milyonlarla insanın evlə təmin edilməsi üçün var qüvvəsi ilə çalışır. Azərbaycan da hazırda Kahramanmaraş vilayətində humanitar fəaliyyətini davam etdirərək burada aparılan yenidənqurma və bərpa işlərində, sosial obyektlərin inşasında yaxından iştirak edir. Biz bu nəcib və şərəfli missiyada Türkiyənin yanında olmağımızdan böyük qürur duyuruq.
Bütün bunlar Azərbaycan-Türkiyə sarsılmaz birliyinin və həmrəyliyinin növbəti təzahürü olaraq qardaşlıq salnaməmizə əbədi olaraq həkk olundu. Türkiyə yaxşı gündə və hüznlü gündə Azərbaycanın yanında olduğu kimi biz də daim Türkiyənin yanındayıq və bundan sonra da olacağıq. Çünki biz bir millət, iki dövlətik.
Əminəm ki, Sizin liderliyiniz, Türkiyə xalqının mübarizə əzmi, həmrəylik ruhu və mətin iradəsi sayəsində qüdrətli Türkiyə dövləti bu çətinliklərin də öhdəsindən tez bir zamanda gələcək, bu acı sınaqdan şərəflə və daha da güclənmiş çıxacaqdır.
Bu hüznlü gündə bir daha Türkiyənin kədərinə şərik olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından başsağlığı verirəm".
Müştərilərin xəbərləri
Gəncə Avtomobil Zavodu Çinin 2 şirkətilə saziş imzalayıb- Azərbaycanda ticari və yük avtomobilləri yığılacaq
Şarj stansiyası axtarmağa ehtiyac yoxdur — benzin doldurursunuz, sistem bu enerjini elektrikə çevirərək avtomobili hərəkət etdirir
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
2 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 29 d. əvvəl
- 37 d. əvvəl
-
40 d. əvvəl
Bank Əlaqə mərkəzinə gələn zənglərin 80%-ni 30 saniyə ərzində cavablandırıb
- 48 d. əvvəl
-
49 d. əvvəl
Nağd alışda böyük endirimlər və qiyməti 24 aya bölmə imkanı - 30 APRELƏDƏK !
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Holcim (Azərbaycan)" şirkəti qazancının bir hissəsini səhmdarlarına ödəyəcək
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"Ötən il mikro sahibkarlar kreditlərinin 89.5%-ni, kiçik vəorta sahibkarlar isə 39%-ni onlayn rəsmiləşdirib"
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
"Xoşbəxtlikdən Azərbaycanın hava şirkəti bundan əziyyət çəkmir"
Muğanlı-İsmayıllı-Qəbələ yolu bir həftə bağlı olacaq
"Nazirlərə Qarabağda meşələrin salınması sahəsində çalışmaq tapşırığını verdik" - BƏYANATLAR
Lizinq şirkətlərinə nəzarət gücləndiriləcək - Yeni qanun gəlir, onların üzərinə əlavə tələblər qoyacaq














.jpg)







