Azərbaycanda toyuq tükləri və balıq qalıqları gübrə istehsalında istifadə ediləcək
Orqanik gübrə istehsalı ilə məşğul olan "Aqroplanet" MMC Azərbaycanda ilk dəfə olaraq broyler toyuqlarının tüklərini və istifadə edilməyən balıqların qalıqlarını gübrə istehsalında xammal kimi istifadə etməyi planlaşdırır.
Bunu "Aqroplanet" MMC-nin direktoru İlham Hacıyev deyib. Onun sözlərinə görə, həmin məhsullardan aminturşuların əldə edilməsi nəzərdə tutulur:
"Artıq sınaq məqsədilə bəzi işlər görülüb. İstehsalda tətbiqə başlamaq üçün müəyyən prosedurlardan keçmək lazımdır. Balıq qalıqlarından əldə edilən aminturşular gübrə istehsalında istifadə edilir. Bu turşular toyuq yemlərinə, insanlar üçün bəzi qida əlavələrinə qatılır, ondan bitkilər üçün istifadə edilir".
İ.Hacıyev əlavə edib ki, toyuq tükləri və balıq qalıqlarından əldə edilən aminturşular vasitəsilə hazırlanan gübrələr tam orqanik olur.
MMC-nin direktoru tam olaraq istehsala başlanıldıqdan sonra bu xammalla hazırlanan gübrələrin bəzi xarici ölkələrə - Özbəkistan, Rusiya, Estoniya və Gürcüstana ixrac edilə biləcəyini də söyləyib.
İ.Hacıyev hazırda həm də maye kükürd istehsal etdiklərini açıqlayıb: "Bir çox istehsalçılar tərəfindən kükürd toz şəklində hazırlanır. Onda o ərimir, amma biz onu əridərək maye formaya salırıq. Maye kükürd bitkilərin üzərində toz kimi yapışıb qalmır”.
MMC direktoru indiyədək bu aminturşular və maye kükürdün ölkəyə idxal edildiyini, onların ölkədə yeganə istehsalçısı olacaqlarını bildirib.
Qeyd edək ki, "Aqroplanet" MMC artıq 3 ildir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsinin rezidentidir.
© “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
21 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 9 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib
Ən çox oxunanlar
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ























