“Baku Steel Company” sağlamlıq və əməyin təhlükəsizliyi sahəsində beynəlxalq ISO sertifikatı alıb
(®) “Baku Steel Company” QSC-də (BSC) sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏMM) artıq Azərbaycan Respublikasının qanunvericilik aktlarının, dövlət norma və standartlarının tələbləri ilə yanaşı beynəlxalq ISO 45001:2018 standartının tələblərinə uyğun təşkil edilir.
Belə ki, dünyaca məşhur “Bureau Veritas Certification SAS” şirkətinin Böyük Britaniya filialı BSC-nin əsas məhsullarının istehsalı və satışı üzrə idarəetmə standartlarının tələblərinə tam uyğun olduğunu təsdiq edərək, şirkətə müvafiq ISO 45001:2018 sertifikatı verib.
Qeyd edək ki, ISO 45001:2018 standartı əməyin sağlamlığı və təhlükəsizliyi (ƏST) idarəetmə sisteminin tələblərini müəyyənləşdirir, təşkilatları istehsalatda baş verən zədələr və peşə xəstəliklərinin qarşısını almaqla təhlükəsiz və sağlam iş yerləri yaratmağa təlimatlandırır.
Eyni zamanda, peşə sağlamlığı və təhlükəsizliyi (PST) fəaliyyətlərinin genişləndirilməsinə şərait yaratmaq məqsədilə standartın istifadəsi üzrə təlimatlanmanı təmin edir.
BSC-də ƏST və PST idarəetməsi sahəsində yeni standartların qəbul edilməsində əsas məqsəd müəssisələrdə istehsal olunan məhsulların, göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, istifadə olunan resursların optimallaşdırılması, səmərəliliyin və istehlakçıların məmnuniyyətinin artırılmasıdır.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 d. əvvəl
-
- 30 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Sabaha olan hava proqnozu
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
























