ABB yeni loyallıq proqramı – “Fayda Max”-ı təqdim etdi!
(®) ABB yeni loyallıq proqramı olan “Fayda Max”-ı təqdim edib.
Bank bu proqramla oyun qaydalarını dəyişir. Müştərilər yaranmış fürsətdən istifadə etməklə daha çox mükafatlar qazanırlar. Belə faydalı proqramların məqsədi müştərilərdə yeni təcrübələr formalaşdırmaq, onları nağdsız ödənişlərə stimullaşdırmaq, Banka bağlılığı gücləndirməkdir. Banka bağlılıq müştəriyə müxtəlif güzəştlər, imtiyazlar qazandırır. Banka loyallıq artdıqca bu güzəşt və imtiyazlar da yüksəlir.
“Fayda Max” loyallıq proqramından qazanmaq üçün ABB mobile istifadəçisi olmaq və tətbiqin ana səhifəsindəki “Sənə özəl” bölməsinə keçid edib “Fayda Max”ı yalnız bircə dəfə aktivləşdirmək lazımdır.
“Fayda Max”a qoşulduqdan sonra qazana biləcəyi mükafatların mərhələsini müştəri özü müəyyənləşdirir. Ay ərzində iştirakçı “Bürünc”, “Gümüş” və “Qızıl” mərhələlərindən hər hansı birini və ya hər üçünü tamamlaya bilər.
ABB-də aktiv nağd krediti olan müştərilər bir ay müddətində cəmi 75 AZN nağdsız ödənişlə “Bürünc” mərhələyə, cəmi 250 AZN nağdsız ödənişlə “Gümüş” mərhələyə, cəmi 750 AZN nağdsız ödənişlə “Qızıl” mərhələyə yüksələ bilərlər.
ABB-də aktiv nağd krediti olmayan müştərilər isə “Bürünc” mərhələyə çatmaq üçün ay ərzində ən azı 150 AZN, “Gümüş” mərhələyə çatmaq üçün 500 AZN, “Qızıl” mərhələyə çatmaq üçün 1500 AZN nağdsız ödəniş etməlidirlər. Müştəri qazandığı aylıq mükafatdan növbəti ay istifadə etməyə başlayır.
Mükafatlar bunlardır:
- Ekstra “Faydalı keşbek” (“Bürünc”, “Gümüş” və “Qızıl” mərhələlərinin hər birinə aiddir).
- “Fayda Max”a qoşulduqdan sonra əldə edilən nağd kreditin faizindən keşbek qazancı (“Bürünc”, “Gümüş” və “Qızıl” mərhələlərinin hər birinə aiddir).
- “Kartdan karta” 30 000 komissiyasız köçürmələr (yalnız “Qızıl” mərhələ)
- “2X ƏDV geri al” (“Qızıl” mərhələ)
“Fayda Max”a qoşulmuş hər bir müştəri tətbiqin “Sənə özəl” hissəsindəki “Fayda Max” bölməsi vasitəsilə iştirak vəziyyətini, hədəflərini, hansı mərhələdə olduğunu, mükafatlarını izləyə bilər. Proqram mütəmadi olaraq yenilənəcək və müştərilər daha çox mükafatlar qazana biləcəklər. Bu imkandan yararlanmaq üçün ABB mobile istifadəçisi tətbiqi yeniləyərək onun 7.0.0 versiyasından istifadə etməlidir.
“Fayda Max” proqramı barədə ətraflı məlumatları buradan əldə etmək mümkündür.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 10 d. əvvəl
-
-
39 d. əvvəl
5 bankın qiymətli kağızlara investisiyaları 150 milyon manatdan çoxdur
-
53 d. əvvəl
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
-
1 saat əvvəl
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Tramp Makronu fransız şərablarına 200% rüsum tətbiq etməklə hədələyib
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dünyanın ən dəyərli markaları
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib
Yaponiyada 40 illik istiqraz gəlirliliyi 4 faizə yüksəlib
Ən çox oxunanlar
Qızılda yeni rekord - QİYMƏTİ 4700 DOLLARI DA KEÇDİ
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
20 Yanvar faciəsindən 36 il ötür
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi


























