Unibank strateji prioritetlərini və korporativ dəyərlərini təqdim edib
Unibank 2024-2026-cı illər üçün hədəflərini, prioritetlərini açıqlayıb.
Bankın rəhbər heyəti və əməkdaşların iştirakı ilə yeni strateji prioritetlərin və korporativ dəyərlərinin təqdimat mərasimi keçirilib. Tədbirdə ötən strateji dövrün hesabatı da verilib.
Unibank KB İdarə Heyətinin sədri Fərid Abuşov, ötən strateji dövrdə qarşıya qoyulan məqsədlərə çatıldığını və qarşıdakı illərdə bank komandasını yeni və daha böyük hədəflər gözlədiyini bildirib.
Yeni strateji istiqamətlər haqqında məlumat verən sədr bildirib ki, qarşıdakı 3 il ərzində Bank əsas bazarda iştirak effektivliyini artırmaqla yanaşı, KOB və biznes seqmentlərinə xidmətə əhəmiyyətli dərəcədə fokuslanmağı hədəfləyir. Rəqəmsallaşmanın inkişafı, maliyyə dayanıqlılığı, müştəriyönümlülüyün artırılması və ictimai iştirakçılıq da bankın strateji prioritetləri sırasınadır.
Fərid Abuşov Unibankın yeni dəyərlərini də bank komandasının diqqətinə çatdırıb. Cəsarətlə yeniliklərə imza atmaq, dayanıqlılığı təmin etmək, dürüstlüyü nümayiş etdirmək, komanda işini təşviq etmək, davamlı təkmilləşmək və müştərilər üçün dəyər yaratmaq Bankın əsas dəyərlərini təşkil edir. Bank sədri yeni strateji hədəflərin və dəyərlərin Unibank komandası qarşısında böyük məsuliyyət qoyduğunu vurğulayaraq, bank kollektivini hər zaman yeni çağırışlara hazır olmağa çağırıb.
Tədbir zamanı çıxış edən müxtəlif bölümlərin rəhbər şəxsləri yeni strateji prioritetlərin və dəyərlərin komandanın hər bir üzvü üçün həm də fərdi inkişaf planı olduğunu bildiriblər. Hər bir əməkdaş bankın inkişafına öz dəstəyini eyni zamanda özünü inkişaf etdirməklə verə bilər. Rəhbər şəxslərin dəyərləri real həyat nümunələri, öz fərdi inkişaf hekayələri əsasında komanda üzvlərinə çatdırması yüksək maraqla qarşılanıb. Gündəlik fəaliyyət nümunələri ilə izah edilən dəyərlər, bank əməkdaşları tərəfindən daha dərindən mənimsənilib.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. Eyni zamada bank xidmətlərinin əlçatanlığını artırmaq üçün 2022-ci ildə Leobank layihəsini bazara təqdim edib. 31 ildən artıq dövrdə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 54 d. əvvəl
-
-
1 saat əvvəl
Tramp Makronu fransız şərablarına 200% rüsum tətbiq etməklə hədələyib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
- 10 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
13 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
13 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
17 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin qiyməti azalıb
Qızılda yeni rekord - QİYMƏTİ 4700 DOLLARI DA KEÇDİ
20 Yanvar faciəsindən 36 il ötür
Ən çox oxunanlar
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?





























