“Qarabağ”ın oyunu ilə əlaqədar Avropa Liqasının rəsmi səhifəsində maraqlı paylaşım
UEFA Avropa Liqasında “Qarabağ” Futbol Klubunun 1/8 final oyunu ilə əlaqədar Avropa Liqasının rəsmi səhifəsi maraqlı paylaşım edib. Paylaşımda Avropanın iki top komandasının Bakıda qarşılaşacağı ilə bağlı məlumat yer alıb.UEFA Avropa Liqasının sosial şəbəkə hesabları “Qarabağ” - “Bayer” oyunu ilə bağlı paylaşım edib.
Paylaşımda bildirilib:
“UEFA Avropa Liqasında ən yaxşı formada olan iki komanda 4-cü gün Bakıda görüşəcək”.
Paylaşımda bu mövsüm ölkə çempionatında və Avropa Liqasında ümumilikdə son 5 matçda ən yaxşı nəticələr əldə edən komandalar yer alıb. Leverkuzen təmsilçisi 5 oyundan 5 qələbə ilə siyahının ilk pilləsində qərarlaşıb. “Qarabağ” 5 oyundan 4 qələbə və 1 məğlubiyyətlə 2-ci pillədə yer alıb.
Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” görüşü saat 21:45-də başlayacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 gün sonra
"İrşad"ın Yaşıl cümə kampaniyası real endirimlər təklif edir - 3 gün 70%-dək endirim olacaq!
- 19 saat əvvəl
-
20 saat əvvəl
Naxçıvan Muxtar Respublikasında Hemodializ Mərkəzi yaradılıb
- 21 saat əvvəl
-
21 saat əvvəl
“Azercell" "Turist” tarif paketləri və nömrələri üzrə istifadə müddətini artırır
-
21 saat əvvəl
Qətər “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə maraq göstərir
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
ADY və Bakı Şəhər İcra Hakimiyyəti dəmir yollarının təhkim zolaqlarını tullantılardan təmizləyib
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Bank of Baku” qanvermə aksiyası keçirdi: “Qanında həyat var!” - FOTOLAR
-
1 gün əvvəl
Bakı Fond Birjası 7 aylıq əməliyyatların həcmini açıqladı - 2,3 DƏFƏ ARTIB