Azərbaycanda 64 mindən çox şirkət qeyri-aktivdir
Martın 1-nə olan məlumata görə, Azərbaycanda kommersiya qurumlarının (şirkətlərin) sayı 178 min 323-ə çatıb. Onlardan 114 min 305-nin (64,1%-nin) fəaliyyəti aktiv, 64 min 18-nin (35,9%-nin) fəaliyyəti isə qeyri-aktiv olub.
2024-cü ilin mart ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 531 min 963 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxs, 12,7 faizi hüquqi şəxs və digər təşkilatlar olub.
Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,8 faiz (ümumi artımın 86,6 faizi), hüquqi şəxslərin sayı isə 8,3 faiz (ümumi artımın 13,4 faizi) artıb.
Təhlil aparılan dövrdə vergi ödəyicilərinin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,7 faiz olub. Kommersiya qurumlarının sayı 178 min 323 vahid təşkil edib və müqayisə edilən dövr ərzində 9 faiz artıb.
2024-cü ilin yanvar-fevral aylarında 2 min 62 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 1857-si yerli investisiyalı, 205-i isə xarici investisiyalı müəssisələrdir. Bu dövrdə qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 85,7 faiz təşkil edib. Bu ilin iki ayında yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 200 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 9,5 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 10,3 faiz təşkil edib.
Ümumiyyətlə, 2024-cü ilin yanvar-fevral aylarında icra olunmuş elektron qeydiyyat ərizələrinin 1392-si və ya 88,6 faizi Asan imza vasitəsilə təqdim olunub.
Mart ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,8 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,2 faizi səhmdar cəmiyyəti, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb, 22 min 768 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib.
Hesabat dövründə dövlət qeydiyyatında olan 178 min 323 kommersiya qurumundan 114 min 305-nin fəaliyyəti aktiv olub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 11,8 faiz artıb, xüsusi çəkisi isə 1,6 faiz yüksələrək 64,1 faiz təşkil edib. 2024-cü ilin mart ayının 1-nə fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) vergi ödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz, kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı isə 14,2 faiz artıb.
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 11 d. əvvəl
-
-
20 d. əvvəl
“İstisu” ixracı 8 ayda təxminən 800 min dollar gəlir gətirib
- 27 d. əvvəl
- 50 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan daha bir beynəlxalq vençur fondu ilə danışıqlar aparır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
OpenAI-nin gəlirləri ilin ilk yarısında 16% artaraq 4,3 milyard dollara çatıb
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

“İstisu” ixracı 8 ayda təxminən 800 min dollar gəlir gətirib

Ən çox ixrac gəliri əldə edən özəl Azərbaycan şirkəti

Müəllimlər üçün KOMİSSİYASIZ KREDİT

Qızıl 1-ci, pomidor 2-ci, pambıq lifi 3-cü olub

Qızılın qiymətində yeni rekord – ABŞ hökumətinin bağlanması və faiz endirim gözləntiləri bazarları hərəkətə gətirib
Ən çox oxunanlar

Rəsmi məzənnələr açıqlandı

Sumqayıtda yığılan ilk elektrik avtobusu “BakuBus”a təqdim olunub

"Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb - FOTOLAR

ABB SIBOS 2025 beynəlxalq konfransında!
