MDB ölkələri arasında ilk olaraq İFRS 17 standartına keçid edən həyat sığorta şirkəti
(®) Sığorta şirkətlərinin maliyyə hesabatlarının şəffaflığının və müqayisəliliyinin təkmilləşdirilməsi, habelə onların maliyyə vəziyyətinin və fəaliyyətinin nəticələrinin daha dəqiq əks etdirilməsini təmin etmək məqsədilə İFRS 17 standartları ilk dəfə 2017-ci ildə nəşr edilib.
Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası tərəfindən qlobal bazarda sığorta şirkətləri qarşısında vahid və ardıcıl hesabat qaydalarını təmin etmək məqsədilə yeni İFRS 17 sisteminə keçid tələb kimi qoyulmuşdur.
Azərbaycanda lider həyat sığortası şirkəti olan PAŞA Həyat MDB ölkələri arasında maliyyə hesabatlarını IFRS 17-yə uyğun hazırlayan və dərc edən ilk həyat sığorta şirkətidir. Belə ki, yeni standart tətbiq edilməklə hazırlanmış 2023-cü il üzrə yekun hesabat KPMG beynəlxalq audit şirkəti tərəfindən yoxlanıldıqdan sonra 28 fevral tarixində dərc edilmişdir.
Daim yeniliklərə və innovativ həllərə açıq olan PAŞA Həyat şirkəti maliyyə hesabatlılığının dünya standartları ilə ayaqlaşaraq bir ilkə imza atmışdır. İFRS 17-ni tətbiq etməklə, PAŞA Həyat öz maliyyə hesabatlarının düzgünlüyünü, ardıcıllığını və müqayisəliliyini təkmilləşdirməyi, maraqlı tərəflərə şirkətin maliyyə göstəriciləri və riskləri barədə daha aydın anlayış təqdim etməyi hədəfləyir. PAŞA Həyat öz fəaliyyətində maliyyə hesabatlarının ən yüksək standartlarının saxlanmasına tam sadiqdir.
Qeyd edək ki, bu standart ən mürəkkəb standartlardan hesab olunur və onun tətbiqi üzrə işlər uzun müddətdir ki, aparılır. Həyat sığortası şirkətlərinin məhsulları uzunmüddətli olduqda bu standartı belə şirkətlərə tətbiq etmək daha da çətinləşir. Bunu nəzərə alaraq, şirkət 2021-ci ildən başlayaraq tələb olunan keçid tarixindən xeyli əvvəl yeni standart üçün metodologiya hazırlayıb və 2023-cü il ərzində keçid üzrə hazırlıq işləri, proqram təminatının alınması və implementasiyası üzrə işlər həyata keçirilib. Sığorta ehtiyatlarının hesablanmasını tənzimləyən əvvəlki İFRS 4 standartından fərqli olaraq, yeni İFRS 17 standartı sığorta müqavilələrinin tanınması, ölçülməsi və təqdim edilməsini əsaslı şəkildə dəyişdir və gələcək riskləri təfərrüatlı şəkildə nəzərə alan daha vahid və şəffaf yanaşma təmin edir.
Lider sığorta şirkəti – “PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2023-cü il tarixinə şirkətin məcmu aktivləri 687 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, yığım tərkibli “Həyatın yaşam sığortası” məhsullarını təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
6 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
- 7 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
İlham Əliyev Qətərin Baş naziri ilə görüşüb
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
Ən çox oxunanlar
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb






















