Deputatlar: Bakıda yeni parklanma qiymətləri əhalinin qazancına uyğun deyil
Bakının mərkəzi hissələrindəki yeraltı və yerüstü parklanma ərazilərində aprelin 1-dən qiymətlərin 2,6 dəfəyədək bahalaşacağı barədə anons verilib.
Sosial şəbəkə istifadəçiləri belə bir qərara kəskin etiraz edərək, müxtəlif rəylər paylaşıblar.
Sözügedən qərar haqqında danışan Milli Məclisin deputatları da qiymətlərin baha olduğunu deyiblər.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli parklanma qiymətlərinin çox baha olduğunu vurğulayıb və qeyd edib ki, bu, sakinlərin narazılığına səbəb olub:
“Parklanma qiymətləri çox bahadır - istər saat hesabı, istər sutkalıq. Bu, insanların qazancına uyğun deyil. Hesab edirəm ki, qərarda dəyişiklik lazımdır. Bunun üçün çağırış edirəm”, - o deyib.
Deputatın fikrincə, bundan geniş bəhs etməyə heç ehtiyac da yoxdur.
“Çünki sakinlər birmənalı narazıdırlar. Nə qədər gec deyil, qiymətləri dəyişmək lazımdır”, - Tahir Kərimli deyib.
Komitənin digər üzvü Vüqar İsgəndərov da avtomobilin 1-2 saatdan çox paklanmada saxlanmasının insanlara çox baha başa gəldiyini hesab edir.
O vurğulayıb ki, Bakıda tıxacların qarşısının alınması üçün konkret və gərgin iş görülür, müvafiq mərkəzi icra hakimiyyəti orqanı qanunsuz paklanma, bu sahədə xaosun qarşısının alınması üçün lazımi addımlar atır:
“Bütün bu tədbirləri alqışlayırıq. Lakin indiki situasiyada paklanma ilə bağlı problemlərin qaldığını, hətta ictimai narazılığın mövcudluğunu inkar edə bilmərik. Paytaxtda parklanma qiymətlərinin baha olduğu heç kimə sirr deyil. Avtomobilin 1-2 saatdan çox paklanmada saxlanması insanlara çox baha başa gəlir. Qiymət 5, 8, hətta 10 manatdan da çox olur. Təbii ki, bu, insanların ciblərinə uyğun deyil.
Bundan başqa deputat parklanma sisteminin işləməsi ilə də narazılığı olduğunu deyib.
“Sistemi təkmilləşdiriblər və yenisinə görə parklanma ödənişi smartfonla idarə edilməlidir. Sakinlər var ki, ümumiyyətlə, mobil telefon işlətmir və ya işlətsə də bu, smartfon deyil. Bu zaman onlar çətinlik çəkirlər”, - o deyib.
Deputatın sözlərinə görə, hüquqi cəhətdən yanaşdıqda, sakinlərdən paklanma ödənişini mütləq mobil telefonla həyata keçirmək tələbi düzgün deyil:
“Müvafiq orqanlar bu sahədə daha yeni və əlçatan üsulun tapılması üçün işlər görməlidirlər. Ümumilikdə, qiymətlərdəki bahalaşma artıq hiss olunur və paklanma ödənişləri metodu təşmilləşdirilməlidir”.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 13 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
2 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
2 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub





















