Azərbaycanda pomidor sahələrinin sığortası başlayıb
Pomidor Azərbaycanın kənd təsərrüfatında xüsusi yeri tutur. Rəsmi məlumatlara əsasən, Azərbaycandakı açıq və qapalı sahələrdə ümumilikdə 18 min hektara yaxın ərazidə pomidor becərilir. Bu sahələrdən ildə 800 min tondan artıq məhsul götürülür.
Pomidor ölkənin bütün ərazilərində əkilir, ən çox pomidor əkinləri Xaçmaz rayonundadır. Burada 2 min hektara yaxın sahədə pomidor əkilir. Qubada 1000 hektar, Sabirabadda 900 hektar, Şəmkirdə 1650 hektar, Ucarda 776 hektar, Kürdəmir və Biləsuvarda 600 hektar, Lənkəranda isə 1121.3 hektar pomidor sahəsi var.
Bu bitki təkcə vitaminlərlə qiymətli deyil. Artaq bir neçə ildir ki, pomidor Azərbaycandan xaricə ixrac olunan qeyri-neft məhsulları siyahısında əsas yerlərdən birini tutur. Təkcə 2023-cü il ərzində ölkəmiz pomidor ixracından təxminən 162 milyon ABŞ dolları məbləğində qazanc əldə edib. Son 3 ildə bu rəqəm demək olar ki, dəyişmir və pomidor ixracı Azərbaycanda kənd təsərrüfatının sabit gəlirli sahəsi hesab olunur.
Pomidor iqtisadi cəhətdən sərfəli, gəlirli bitki olsa da, çoxsaylı risklərə qarşı həssasdır və xüsusi qulluq tələb edir. Bu səbəbdən pomidor Aqrar Sığorta Fondu tərəfindən sığortalanan bitkilər siyahısına daxil edilib. Pomidor əkini ilə məşğul olan fermerlər öz əkinlərini aqrar sığorta vasitəsilə çoxsaylı risklərdən – dolu, qasırğa, fırtına, sel-subasma, 3-cü şəxslərin hərəkətləri, müxtəlif xəstəliklərdən qoruya bilərlər.
Azərbaycanda aqrar sığorta dövlət dəstəyi ilə fəaliyyət göstərdiyinə görə, əkin sahələrinin sığortalanması zamanı hesablanmış sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi vəsait ödəməklə əkin sahəsini sığorta edə bilirlər. Məsələn, Salyan rayonunda 1000 manatlıq pomidor əkininin sığortalanması üzrə sığorta haqqı 20,2 manat təşkil edir. Bu məbləğin yarısını dövlət, qalan 10,1 manat sığorta haqqını isə fermer ödəyir. Quba-Xaçmazda bu məbləğ 11,8 manat, Mərkəzi Aran bölgəsində 10,5 manat, Qazax-Tovuz regionunda 21,7 manat, Lənkəranda isə 11 manat təşkil edir.
Aqrar sığorta qaydalarına əsasən, əkin sahələrinin sığortası mövsümidir və müəyyən vaxt ərzində həyata keçirilməlidir. Bu baxımdan pomidor əkinlərinin sığortası dövrü may ayının ortalarına qədər davam edəcək. Fermerlər əkinlərin yerləşdiyi regiondan asılı olaraq həmin tarixlərədək pomidor əkinlərini sığortalaya, bu sahədəki məhsul və gəlirlərini risklərdən qoruya bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
8 saat əvvəl
"İran Azərbaycan, Kipr və Türkiyə ərazilərinə heç bir zərbə endirməyib"
-
-
8 saat əvvəl
Orban Macarıstanın Müdafiə və Enerji Təhlükəsizliyi şuralarının iclasını çağırdı
-
9 saat əvvəl
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
- 10 saat əvvəl
-
11 saat əvvəl
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 10-da gözlənilən hava şəraiti
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
Avropada qazın qiyməti 1000 kubmetr üçün 800 dolları keçib
Ən çox oxunanlar
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
G7 ölkələri neft ilə bağlı təcili tədbir hazırlayır
Soya yağı və buğda qiymətlərində artım
Bazarlar sarsıldı - Neft 116 dolları keçdi
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir
Küveyt neft istehsalını azaltmağa məcbur oldu
Müharibə İraqln neft hasilatını vurdu – İstehsal 60% azalıb

























