Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
(®) Rabitəbank elm, təhsil və maariflənmənin inkişafına dəstək məqsədilə 23 Aprel - Ümumdünya Kitab Günü ilə əlaqədar növbəti uğurlu layihəsini həyata keçirib. Belə ki, bank Ağdam rayon Ə.Allahverdiyev adına Alıbəyli kənd tam orta məktəbinin ibtidai sinfində təhsil alan 100-dən çox şagird üçün məktəbli ləvazimatları və kitablar hədiyyə edib. Məqsəd uşaqları oxumağa həvəsləndirmək, onlarda kitab oxumaq vərdişinin formalaşmasına dəstək olmaq və təhsilin önəmini aşılamaqdan ibarətdir.
Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən aksiyada məktəblilərə təqdim edilən kitablar klassik və müasir ədəbiyyatı əhatə edir. Bura nağıllar, uşaq ədəbiyyatı, dünya və Azərbaycan ədəbiyyatından nümunələr və bu qəbildən olan digər kitablar daxildir. Əlavə olaraq, çanta, qələm, dəftər, rəngli karandaşlar, rəsm dəftəri və digər dəftərxana ləvazimatları da uşaqlara təqdim edilib.
Qeyd edək ki, Rabitəbank məktəbliləri kitabla təmin etməyi artıq bir ənənə halına çevirib. Belə ki, bank yaranmasının 30 illiyi və Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Kitab Gəzər”in təşkilati dəstəyi ilə Azərbaycanın müxtəlif bölgələrinin 30 ucqar kənd məktəbini ziyarət edərək, orada təhsil alan şagirdlər üçün kitabxanalar qurub. Bundan başqa, bank Bakının Nardaran qəsəbəsində 130 nömrəli məktəbi ziyarət edib, məktəblilərlə görüşərək onlara 400-dən artıq kitab hədiyyə edib. Məqsəd təqdim edilən kitablardan ibarət yeni kitabxanalar qurmaqla şagirdlərdə oxumağa qarşı olan sevgi və marağı artırmaq, onları gələcəkdə böyük nailiyyətlər əldə etməyə sövq etməkdir.
"Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)















.jpg)
